Muzeylərin maddi-texniki bazasının möhkəmləndirilməsi
3.1.
|
Azərbaycanın regionlarında fəaliyyət göstərən muzeylərin müasir standartlara uyğun təmiri, yeni avadanlıq və zəruri eksponatlarla təchizatı tədbirlərinin dövlət büdcəsində hər il üçün nəzərdə tutulmuş vəsaitlər və qanunvericilikdə qadağan olunmayan digər mənbələr hesabına həyata keçirilməsi
|
2009
-2014
|
Mədəniyyət və Turizm Nazirliyi, Maliyyə Nazirliyi
|
3.2.
|
Respublikada fəaliyyət göstərən muzeylərin müasir tipli mühafizə, həyəcan, yanğın siqnalizasiya sistemləri ilə təchizatı, onların mühafizəsinin təşkili, həmçinin bədii tərtibatı, nadir eksponatların fərdi mühafizəsi və təlimata uyğun rejimin saxlanılması məqsədi ilə yeni texniki avadanlıqlarla təchiz edilməsi
|
2009-
2014
|
Mədəniyyət və Turizm Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Daxili İşlər Nazirliyi,
yerli icra hakimiyyəti orqanları, tabeliyində muzey müəssisəsi olan digər təşkilatlar
|
3.3.
|
Respublika üzrə mərkəzləşdirilmiş muzey-informasiya şəbəkəsinin yaradılması üçün muzeylərin kompüter və muzey işinə dair müxtəlif elektron proqramlarla təchizatı
|
2009-
2014
|
Mədəniyyət və Turizm Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, yerli icra hakimiyyəti orqanları, tabeliyində muzey müəssisəsi olan digər təşkilatlar
|
3.4.
|
Respublika əhəmiyyətli muzeylərin veb-saytının yaradılması, onların internet və rabitə sistemləri ilə təchiz edilməsi
|
2009-
2010
|
Mədəniyyət və Turizm Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, yerli icra hakimiyyəti orqanları, tabeliyində muzey müəssisəsi olan digər təşkilatlar
|
3.5.
|
“Azərbaycan muzeyləri” veb-portalının yaradılması
|
2009-
2012
|
Mədəniyyət və Turizm Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi
|
|