Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2002-ci il, № 5, maddə 241) ilə 51-ci maddənin 5-ci bəndində “İcarə myqaviləsində başqa hal nəzərdə tutulmamışdırsa”sözləri “İcarə verənin icazəsi ilə” sözləri ilə əvəz edilmişdir. Əvvəlki redaksiyada deyilirdi:
5. İcarə myqaviləsində başqa hal nəzərdə tutulmamışdırsa, icarəçi icarəyə götürdüyü torpaq sahəsini başqasına subicarəyə (ikinci əldən icarəyə) verə bilər.
33 28 oktyabr 2008-ci il tarixli 709-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 12 dekabr 2008-ci il, № 277, Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2008-ci il, № 12, maddə 1048) ilə 51-ci maddənin 6-cı bəndinin birinci abzasında ", bir qayda olaraq," sözləri "qanunvericiliklə müəyyən edilmiş qaydada" sözləri ilə əvəz edilmişdir.
34 23 aprel 2002-ci il tarixli 311-IIQD nömrəli “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Mülki Məcəlləsinin tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi və bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (