Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004-ci il, № 10, maddə 761) ilə Məcəllənin 61-ci maddəsi çıxarılmışdır. Əvvəlki redaksiyada deyilirdi:
Maddə 61. Çoxmənzilli yaşayış evlərinə aid torpaq sahələri
1. Dövlət və bələdiyyə mülkiyyətində olan (yaxud qismən özəlləşdirilmiş) çoxmənzilli yaşayış evlərinə aid torpaq sahələri dövlət və ya bələdiyyə mülkiyyətində qalmaqla, həmin evləri idarə edən müvafiq təşkilatların daimi istifadəsinə verilir.
2. Tam olaraq özəlləşdirilmiş çoxmənzilli yaşayış evlərinin, habelə onlara aid olan qeyri-yaşayış binalarının torpaq sahələri həmin evlərin idarə edilməsi üçün onların sakinləri tərəfindən təsis edilmiş özünüidarəetmə təşkilatlarının daimi istifadəsinə verilir.
3. Çoxmənzilli yaşayış evlərinə aid torpaq sahələrinin təyinatından kənar məqsədlər üçün istifadəsinə, habelə xüsusi mülkiyyətə və icarəyə verilməsinə yol verilmir.
45 28 oktyabr 2008-ci il tarixli 709-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (