Misal 2. Əlavə dəyər vergisi ödəyicisi olan M.MMC müəssisəsi 2017-cı ilin aprel
ayları ərzində, ƏDV-yə cəlb olunan gəlirlərinin məbləği 1000 manat, əvəzləşdirilən
ƏDV məbləği 200 manat, işçi sayı 4 nəfər, işçilərin aylıq gəliri 1300 manat, gəlir
vergisi 138.60 manat olmaqla ƏDV bəyannaməsini hazırlayıb vergilər idarəsinə
göndərməli.
Hesabat ofline rejimində BTP və İnternet Vergi İdarəsinin köməyi ilə göndərilir.
1. İlk olaraq BTP proqramı yüklənir. Hesabatın formasını ilk pəncərəsini,
“Ümumi məlumat” hissəsini 3 qaydada hazırlamaq olar:
- “File” menyusundan “Aç” seçilir. Bu halda nəzərdə tutulur ki, hazırlanacaq
faylın əvvəlki hesabat dövrünə aid forması mövcuddur.
- Hesabat ilk dəfə hazırlanır. “Yeni” elementindən istifadə olunaraq boş forma
ekrana verilur və müəssisənin göstəricilərini daxil etmək lazım gəlir.
65
- İnternet Vergi İdarəsi bölməsinə daxil olunaraq ƏDV hesabatlarından birini
endirmək olar.
ƏDV hesabatının pəncərəsinin artıq göstəricilərin doldurulmuş görüntüsü
Şəkil 9. -da verilmişdir.
Şəkil 9. Ümumi məlumat.
2. “Verginin hesablanması” bölməsi hazırlanır. Bu bölmədə əsas göstəricilər cari
ay üzrə dövrüyyələr daxil olunur ( Şəkil 10.).
3. Əvəzləşdirilən ƏDV. Bu bölmədə hesabat dövründə Əvəzləşdirilən ƏDV
məbləği daxil edilir (Şəkil 11.).
66
Şəkil 10. Verginin hesablanması.
Şəkil 11. Əvəzləşdirilən ƏDV hesablanması.
67
Şəkil 12. ƏDV tutulan dövriyyə barədə məlumat.
Növbəti addımlar Misal 1 -də yerinə yetirilən addımlara uyğundur.
Dostları ilə paylaş: |