Azərbyacan respublikasi təHSİl nazirliYİ azərbaycan döVLƏT İQTİsad universiteti


 İşçilərlə elektron əmək müqaviləsinin bağlanması



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə20/23
tarix28.02.2022
ölçüsü1,54 Mb.
#114718
1   ...   15   16   17   18   19   20   21   22   23
Ramazanl-zaur

3.2 İşçilərlə elektron əmək müqaviləsinin bağlanması. 

        Əmək  müqaviləsi  bağlamaq  məqsədi  ilə  elektron  informasiya  sisteminə  daxil 

olmaq  üçün    elektron  hökumət  portalına  daxil  olmaq  lazımdır.  Xidmət  elektron 

hökumət  portalında  yerləşmişdir.    Bu  məqsədlə  informasiya  sisteminə  giriş  üçün  

RYTN  tərəfindən verilmiş  elektron imza  kartı və  ya  asan  imza ilə daxil olmaq olar. 

Hazırda  əsasən  mobil operator  və  vergilər  nazirliyi  tərəfindən verilmiş  “asan imza”  

xidmətindən  istifadə  olunur.  Sistemə  daxil  olmaq  üçün  mobil  operatorların  biri 

tərəfindən  verilmiş    SİM  kart  və    İD  kod  PİN1  təhlükəsizlik  kodu  vasitəsi  ilə  daxil 

olunur. Sistemdə müəyyən əməliyyatların təsdiqi isə PİN2 təhlükəsizlik kodu vasitəsi 

ilə təsdiqlənir.    



68 

 

        Sistemə  ilk  dəfə  daxil  olarkən    işəgötürənin  seçilməsi,  işəgötürən  haqqında 



məlumat,  işəgötürənin əlaqə məlumatları daxil edilir və əmək müqaviləsini bağlamaq 

səlahiyyəti olan şəxslər təyin olunur. 

        Növbəti  addımda  əmək  müqaviləsinin  bağlanılması  ilə  əlaqədar  əmək 

müqaviləsi  bildirişinin  bir  neçə  bölmədə    sistemə  daxil  edilir.  İşçi  barədə 

məlumatların  daxil  edilməsi  bölməsində,  işə  götürüləcək  şəxsin  FİN    (Fərdi 

İdentifikasiya  Kodu)  kodu  daxil  olunur.  FİN  kod  AR  Daxili  İşlər  Nazirliyinin 

məlumatlar  bazasında  saxlanılan  AR  vətəndaşının  şəxsiyyət  vəsiqəsindəki  nömrədə 

sonuncu səkkiz simvoldan  yeddisini  götürülməklə onu birqiymətli təyin edir. Qeyd 

edək ki, bu hissədə həmçinin miqrasiya xidmətindən verilmiş dörd simvollu kodlada 

daxil olmaq variantı var. Növbəti addımda  iş yerinin adı,  iş yerlərinin strukturu,  iş 

yerinin  strukturunun  daxilində  yeni  struktur  əlavə  edilməsi,  işçinin  əlaqə  vasitələri 

barədə  məlumat  əmək  müqaviləsinin  müddəti,  əmək  funksiyası  və  əmək  şəraitinin 

şərtləri, əmək haqqı, məzuniyyət  müddəti, digər şərtlər daxil olunur. Sonda  RYTN 

tərəfindən verilmiş elektron imza ilə  və ya asan imza ilə əmək müqaviləsi bildirişinin 

imzalanır. 

      Bütün  bu  məlumatların  informasiya  sistemində  qeydiyyata  alınmasına  dair 

məlumat  əmək  müqaviləsi  bildirişi  göstərilən  elektron  poçt  ünvanına  göndırilir. 

Sistemdə əmək müqaviləsinə dəyişiklik edilməsi, əmək müqaviləsinə xitam verilməsi 

xidmətləri də asanlıqla yerinə yetirilir. 

  


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin