Azərbyacan respublikasi təHSİl nazirliYİ azərbaycan döVLƏT İQTİsad universiteti


FƏSİL III. FİZİKİ VƏ HÜQUQİ ŞƏXSLƏRİN DÖVLƏT ORQANLARINA



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə3/23
tarix28.02.2022
ölçüsü1,54 Mb.
#114718
1   2   3   4   5   6   7   8   9   ...   23
Ramazanl-zaur

FƏSİL III. FİZİKİ VƏ HÜQUQİ ŞƏXSLƏRİN DÖVLƏT ORQANLARINA 

HESABATLARI  

3.1 Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi .....................................49-67 

3.2 İşçilərlə Əmək müqaviləsinin bağlanması..............................................67-68 

3.3 Dövlət Sosial Müdafiə Fonduna hesabatların  göndərilməsi ................ 68-70 



 

NƏTİCƏ VƏ TƏKLİFLƏR.......................................................................71-73 

ƏDƏBİYYAT SİYAHISI............ ...................................................................74 

РЕЗЮМЕ……………………………………………....……………………. 75 

SUMMERY……………………………………………..…………………… 75 

 

 


 

GİRİŞ 

        Mövzunun  aktuallığı.  Müəssənin  mənfəətinin,  işçi  personalın  işinin 

səməriliyinin  artırılması,  idaretmənin  optimal  strukturunun  yaradılması  hər  bir 

rəhbəri narahat edir. Müəssisə rəhbəri risk və qeyri-müəyyənlik şəraitində qərar qəbul 

etmək  məcburiyyətində  olduğu  üçün  müxtəlif    maliyyə-təssərufat  sahələrinin 

fəaliyyətini daim nəzarətdə saxlamalıdır. Bu fəaliyyət böyük miqdarda məlumat olan 

sənədlərdə  öz  əksini  tapır.  Savadlı  hazırlanmış  və  sistemləşdirilmiş  sənədlər, 

müəssisənin  müəyyən  dərəcədə  səmərəli  idarəedilməsinə  təminatı  olur.  Əksinə, 

operativ  etibarlı  məlumatların  olmaması  düzgün  olmayan  idarəçilik  qərarlarına 

gətirib çıxara bilər və nəticədə müəssisə ciddi itkilərlə qarşılaşa bilər. 

       Mühasibat  uçotunda  proqram  paketlərinin  tətbiqi  təkcə  mühasibat  uçotunun 

avtomatlaşdırılmasına  deyil,  həmçinin  anbar  uçotunun  aparılmasına,  işçilərin  əmək 

haqqının  vaxtında  hesablanıb-ödənilməsinə,  məhsulların  təchizatı,  istehsalı  və 

realizasyasının  idarə  olunmasında,  müqavilələrin  yerinə  yetirilməsinin  izlənməsinə, 

müxtəlif səpkidə hesabatlaın  vaxtında verilməsinə və s. imkan verir. 

        Kompüter  təcrübəli  və  savadlı  mühasibi  əvəz  edə  bilməz,  lakin  mühasibat 

uçotunu  qaydaya  salmağa  imkan  verir,  mühasibat  uçotunun  operativliyini  artırır, 

hesablamada  buraxılan  səhvlərin  sayını  azaldır,  müəssənin  cari  maliyyə  vəziyyətini 

və onun perspektivliyini qiymətləndirir. 

         Mexanikləşmə    mühasibat  uçotunun  aparılmasına  müəyyən  qədər  kömək  edir, 

ancaq  onun  tam  şəkildə  operativliyinə  nail  olmur  və  nəticədə  digər  hesabatların 

hazırlanmasının    az  vaxt  qalmasına  səbəb  olur.  Bu  məqsədlə  mühasibat  uçotunun 

avtomatlaşdırılmasının bütün tipik məsələlərin həlli üçün tətbiqi proqramlar paketinin 

hazırlanmağına xüsusi əhəmiyyət verilir. 

        Kompüterdən istifadə mühasibat uçotu sahəsində işçilərin yükünu bölüşdürmək , 

onları  vaxtaparan  kağız  sənədləşdirmədən  azad  edir,  təşkilatın  maliyyə  vəziyyətini 

yaxşılaşdırılması  üzrə  analitik  işlər    üçün  vaxtı  artırır.  Hazırda  uçot  proseslərinin 

avtomatlaşdırılması və müasir texniki vasitələri bazasında daha da təkminləşdirilməsi 

obyektiv zərurətdir. 




 

        Mühasibin 



peşəkar  fəaliyyətinin  əsas  vəsaitlərdən  biri  informasiya 

kommunikasiya 

texnologiyaları 

olub 


müəssisədə 

mühasibat 

uçotunun 

avtomatlaşdırılması hesabına uçot-maliyyə fəaliyyətinin aparılmasının səmərəliliyini 

artırır.  

        Mühasibat  uçotunun  avtomatlaşdırılması  sistemini,  müəssisənin  maksimum 

tələbatını ödəyən, müəssisədə mühasibat uçotu sisteminin aparılmasına uyğun, təklif 

olunan proqram məhsulları bazarından düzgün seçmək məqsədəuyğundur. 

        Beləliklə,  İnformasiya  Kommunikasiya  Texnologiyasından  istifadə,  mühasibin 

peşə  fəaliyyətində  onun  operativliyi    və işinin səmərəliliyini  ciddi şəkildə  artırır ki, 

buda müəssisənin fəaliyyətinə yüksək müsbət təsir göstərir. 

        Hazırda 

mühasibat 

uçotunun 

fərdi 

kompyüterlərin 



köməyi 

ilə 


avtomatlaşdırılması  mühasibat  proqramları  istifadəçisi  və  tərtibatçısı  üçün  heç  də 

çətin  məsələ  deyil.  Mühasibat  uçotunda  bugünkü  vəziyyət  mühasibatlığın  ayrı-ayrı 

bölmələrinin  proqramlaşdırılmasından,  müxtəlif  məlumat  bazalarıyla  əlaqəli  olan 

müəssənin  balansının  alınmasına  qədər  inkişaf  etmişdir.  Mühasiblərin  kompyuter 

biliklərini  mənimsəməsi  kompüter  istifadəcisi  səviyyəsində  deyil,  proqramçı 

səviyyəsində bilməsi mühasibat proqramlarının stratergiyasına əsaslı şəkildə yenidən 

baxılsını tələb edir. 

      Tədqiqat  işinin  məqsədi.    Dissertasiya  işi  mühasibat  uçotu  və  auditdə 

informasiya  texnologiyalarının  istifadə  xususiyyətləri  öyrənilmiş,  bu  məqsədlə 

aşağıdakı məsılələrə baxılmışdır: 

   -   Mühasibat verilənlərinin kompyuterdə işlənməsi xususiyyətləri və təhlili; 

   -   Mühasibat uçotunun avtomatlaşdırılması problemləri; 

-  Mühasibat proqramları və sistemlərinin təsnifatı; 

-  Mühasibat proqramının seçilməsi prinsipləri; 

-  Vergi hesabatları və yazışmaları; 

-  Auditin mahiyyəti və vəzifələri, elektron vergi auditi (e-audit).  

-  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukurları ilə 

hesabatlar və yazışmalar: 




 


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin