Tədqiqatın praktik əhəmiyyəti. Tədqiqatın praktik əhəmiyyəti olaraq aşağıdakıları
göstərmək olar:
- Mühasibat uçotunun aparılması üçün proqram seçiminin prinsipəri,
- Hazırda mühasibat uçotunun avtomatlaşdırılması üçün istifadə olunan
proqram təminatlarının imkanlarının təhlili,
- Vergilər Nazirliyinin Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemində
hesabatların aparılması mühitinin sazlanması, vergi bəyannamələrinin hazırlanmaı,
vergi bəyannamələrinin on line və off line rejimində göndərilməsi, Vergilər
Nazirliyinin strukturları ilə elektron yazılışların aparılması qaydaları və s.,
- Elektron auditin vergi orqanları, həmçinin intizamlı vergi ödəyiciləri üçün
üstünlüklərinin araşdırılması,
- Əmək və Əhalinin Sosial Mühafizəsi Nazirliyinin elektron hökumət portalında
yerləşən xidmətlərdən istifadə qaydaları.
Dostları ilə paylaş: |