3.1 Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi .....................................49-67
3.2 İşçilərlə Əmək müqaviləsinin bağlanması..............................................67-68
3.3 Dövlət Sosial Müdafiə Fonduna hesabatların göndərilməsi ................ 68-70
3
GİRİŞ
Mövzunun aktuallığı. Müəssənin mənfəətinin, işçi personalın işinin
səməriliyinin artırılması, idaretmənin optimal strukturunun yaradılması hər bir
rəhbəri narahat edir. Müəssisə rəhbəri risk və qeyri-müəyyənlik şəraitində qərar qəbul
etmək məcburiyyətində olduğu üçün müxtəlif maliyyə-təssərufat sahələrinin
fəaliyyətini daim nəzarətdə saxlamalıdır. Bu fəaliyyət böyük miqdarda məlumat olan
sənədlərdə öz əksini tapır. Savadlı hazırlanmış və sistemləşdirilmiş sənədlər,
müəssisənin müəyyən dərəcədə səmərəli idarəedilməsinə təminatı olur. Əksinə,
operativ etibarlı məlumatların olmaması düzgün olmayan idarəçilik qərarlarına
gətirib çıxara bilər və nəticədə müəssisə ciddi itkilərlə qarşılaşa bilər.
Mühasibat uçotunda proqram paketlərinin tətbiqi təkcə mühasibat uçotunun
avtomatlaşdırılmasına deyil, həmçinin anbar uçotunun aparılmasına, işçilərin əmək
haqqının vaxtında hesablanıb-ödənilməsinə, məhsulların təchizatı, istehsalı və
realizasyasının idarə olunmasında, müqavilələrin yerinə yetirilməsinin izlənməsinə,
müxtəlif səpkidə hesabatlaın vaxtında verilməsinə və s. imkan verir.
Kompüter təcrübəli və savadlı mühasibi əvəz edə bilməz, lakin mühasibat
uçotunu qaydaya salmağa imkan verir, mühasibat uçotunun operativliyini artırır,
hesablamada buraxılan səhvlərin sayını azaldır, müəssənin cari maliyyə vəziyyətini
və onun perspektivliyini qiymətləndirir.
Mexanikləşmə mühasibat uçotunun aparılmasına müəyyən qədər kömək edir,
ancaq onun tam şəkildə operativliyinə nail olmur və nəticədə digər hesabatların
hazırlanmasının az vaxt qalmasına səbəb olur. Bu məqsədlə mühasibat uçotunun
avtomatlaşdırılmasının bütün tipik məsələlərin həlli üçün tətbiqi proqramlar paketinin
hazırlanmağına xüsusi əhəmiyyət verilir.
Kompüterdən istifadə mühasibat uçotu sahəsində işçilərin yükünu bölüşdürmək ,
onları vaxtaparan kağız sənədləşdirmədən azad edir, təşkilatın maliyyə vəziyyətini
yaxşılaşdırılması üzrə analitik işlər üçün vaxtı artırır. Hazırda uçot proseslərinin
avtomatlaşdırılması və müasir texniki vasitələri bazasında daha da təkminləşdirilməsi
obyektiv zərurətdir.
4
Mühasibin
peşəkar fəaliyyətinin əsas vəsaitlərdən biri informasiya
kommunikasiya
texnologiyaları
olub
müəssisədə
mühasibat
uçotunun
avtomatlaşdırılması hesabına uçot-maliyyə fəaliyyətinin aparılmasının səmərəliliyini
artırır.
Mühasibat uçotunun avtomatlaşdırılması sistemini, müəssisənin maksimum
tələbatını ödəyən, müəssisədə mühasibat uçotu sisteminin aparılmasına uyğun, təklif
olunan proqram məhsulları bazarından düzgün seçmək məqsədəuyğundur.
Beləliklə, İnformasiya Kommunikasiya Texnologiyasından istifadə, mühasibin
peşə fəaliyyətində onun operativliyi və işinin səmərəliliyini ciddi şəkildə artırır ki,
buda müəssisənin fəaliyyətinə yüksək müsbət təsir göstərir.
Hazırda
mühasibat
uçotunun
fərdi
kompyüterlərin
köməyi
ilə
avtomatlaşdırılması mühasibat proqramları istifadəçisi və tərtibatçısı üçün heç də
çətin məsələ deyil. Mühasibat uçotunda bugünkü vəziyyət mühasibatlığın ayrı-ayrı
bölmələrinin proqramlaşdırılmasından, müxtəlif məlumat bazalarıyla əlaqəli olan
müəssənin balansının alınmasına qədər inkişaf etmişdir. Mühasiblərin kompyuter
biliklərini mənimsəməsi kompüter istifadəcisi səviyyəsində deyil, proqramçı
səviyyəsində bilməsi mühasibat proqramlarının stratergiyasına əsaslı şəkildə yenidən
baxılsını tələb edir.
Tədqiqat işinin məqsədi. Dissertasiya işi mühasibat uçotu və auditdə
informasiya texnologiyalarının istifadə xususiyyətləri öyrənilmiş, bu məqsədlə
aşağıdakı məsılələrə baxılmışdır:
- Mühasibat verilənlərinin kompyuterdə işlənməsi xususiyyətləri və təhlili;
- Mühasibat uçotunun avtomatlaşdırılması problemləri;
- Mühasibat proqramları və sistemlərinin təsnifatı;
- Mühasibat proqramının seçilməsi prinsipləri;
- Vergi hesabatları və yazışmaları;
- Auditin mahiyyəti və vəzifələri, elektron vergi auditi (e-audit).
- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukurları ilə
hesabatlar və yazışmalar: