Azərsu” Açıq Səhmdar Cəmiyyəti


Beyləqanşəhərindətikiləcəktullantısutəmizləyiciqurğusunungətiricikanalizasiyakollektoru



Yüklə 19,89 Kb.
səhifə3/3
tarix07.01.2022
ölçüsü19,89 Kb.
#83990
1   2   3
Beyləqanşəhərindətikiləcəktullantısutəmizləyiciqurğusunungətiricikanalizasiyakollektoru

  1. Qurğunun gətirici kanalizasiya kollektoru (Beyləqan şəhəri) – 2km;

Tender iştirakçıları öz təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etməlidirlər. Həmin təkliflərin qiymətləndirilməsində aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin yerinə yetirilməsi, podratçının aidiyyətı işlər üzrə ixtisas göstəricilərinə üstünlük veriləcək. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə imkanlarına və texniki göstəricilərə malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər yazılı müraciət etməklə 500,00 (beş yüz) manat məbləğində iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra tenderin əsas şərtlər toplusunu Bakı şəhəri, Moskva prospekti 67 ünvanında yerləşən “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Satınalmalarıntəşkili və idarə olunması departamentindən (Əlaqələndirici şəxs: Tağıyev İlqar Rauf oğlu, Telefon: +99 412 43147/67/87 (1033), E-mail: i.tagiyev@azersu.az, murad.abishev@azersu.az, fuad.tahmazov@azersu.az)əldə edə bilərlər.






Azərsu” Açıq Səhmdar Cəmiyyəti

VÖEN:

9900001751

Bank:

“Kapitalbank” ASC-nin 1 saylı Nəsimi filialı

Kodu:

200112

VÖEN:

9900003611

Yerli valyutada hesab nömrəsi

AZ65AIIB33070019441100216111

Xarici valyutada hesab nömrəsi

AZ55AIIB33170018401100216111

M/h:

AZ37NABZ01350100000000001944

SWIFT

AIIBAZ2X

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:



  1. Tenderdə iştirak etmək üçün yazılı müraciət;

  2. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi (İştirak haqqını təsdiq edən sənəddə iştirakçının adı və ödənişin təyinatı qeyd olunmalıdır);

  3. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra 60 bank günü ərzində qüvvədə olmalıdır);

  4. Tender təklifi dəyərinin 2 faizi həcmində tender təklifinin təminatı (zərflərin açıldığı tarixdən sonra 90 bank günü ərzində qüvvədə olmalıdır);

  5. Azərbaycan Respublikasında vergilər və digər icbari ödənişlər üzrə vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq dövlət orqanının arayışı;

  6. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq edilmiş maliyyə hesabatının surəti;

  7. İddiaçının son 5 ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

  8. İddiaçının hüquqi statusu, nizamnaməsi və rekvizitləri haqqında məlumat;

  9. Azərbaycan Respublikasında mövcud qanunvericiliyə uyğun olaraq I və II məsuliyyət səviyyəli bina və qurğuların tikinti-quraşdırma işlərinin yerinə yetirilməsi üzrə verilmiş xüsusi razılıq (lisenziya) və onun əsasında həyata keçirilməsinə icazə verilən işlərin siyahısı.

Tender təklifləri Azərbaycan dilində, 3 nüsxədə (1 əsli və 2 surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə uyğun keçiriləcəkdir.

İddiaçılar hər bir lot üzrə və ya bütün lotlar üzrə təklif verə bilər.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və tender təklifinin təminatı istisna olmaqla) 12 dekabr 2017-ci il saat 16:00-a qədər, tender təklifi və tender təklifinin təminatını isə möhürlənmiş ikiqat zərfdə 20 dekabr 2017-ci il saat 16:00-a qədər Bakı şəhəri, Moskva prospekti 67 ünvanında yerləşən “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Satınalmaların təşkili və idarə olunması departamentinə təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların təklifləri Bakı şəhəri, Moskva prospekti 67 ünvanında yerləşən “Azərsu” Açıq Səhmdar Cəmiyyətində 21 dekabr 2017-ci il saat 16:00-da açılacaqdır.



İddiaçıların səlahiyyətli nümayəndələri zərflərin açılışında iştirak edə bilərlər.
Tender komissiyası
Yüklə 19,89 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin