12. Cəmiyyətin müstəqil (kənar) auditi
Cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətinin müstəqil (kənar) auditi Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.
13. Cəmiyyətin tabeliyində olan müəssisələri ilə qarşılıqlı münasibətləri
13.1. Cəmiyyətin tabeliyində olan müəssisələri ilə qarşılıqlı münasibətləri Azərbaycan Respublikasının normativ hüquqi aktlarına, bu Nizamnaməyə, habelə müəssisələrin nizamnamələrinə və cəmiyyətdaxili sənədlərə uyğun olaraq tənzimlənir.
13.2. Cəmiyyət tabeliyində olan müəssisələrə icrası məcburi olan göstərişlər vermək və onlar tərəfindən mövcud normativ hüquqi aktlara zidd qəbul edilmiş qərarları ləğv etmək hüququna malikdir.
13.3. Cəmiyyətin hüquqları:
13.3.1. mövcud normativ hüquqi aktlara uyğun olaraq, müəssisələri ilə balansında olan əmlakı (binalar, qurğular, avadanlıqlar, maşın və mexanizmlər, inventarlar, xammal və s.) başqa müəssisələrə və vətəndaşlara icarəyə vermək üçün, habelə balansda əks olunmuş fondları silmək üçün müəyyən edilmiş qaydada razılıq vermək;
13.3.2. tabeliyində olan müəssisələrinin idarəetmə orqanlarını formalaşdırmaq;
13.3.3. tabeliyində olan müəssisələrinin təsərrüfat fəaliyyəti üzrə proqnoz göstəricilərinin formalaşmasına və hesabatlara nəzarət etmək, bu məsələlərə aid tövsiyələr və təkliflər vermək, müzakirəsində iştirak etmək;
13.3.4. tabeliyində olan müəssisələrinin fəaliyyətlərinin yekunlarına baxılmasını təmin etmək;
13.3.5. tabeliyində olan müəssisələrindən onların təqsiri üzündən Cəmiyyətə dəymiş zərərin əvəzini ödəməyi tələb etmək;
13.3.6. tabeliyində olan müəssisələrinin maliyyə-təsərrüfat fəaliyyətini təhlil və təftiş etmək;
13.3.7. tabeliyində olan müəssisələrinə münasibətdə ali idarəetmə orqanının səlahiyyətlərini həyata keçirmək;
13.3.8. qanunvericilikdə və bu Nizamnamədə nəzərdə tutulan digər hüquqlar.
Dostları ilə paylaş: |