Azərbaycan Respublikasının Baş naziri A.RASİZADƏ
Bakı şəhəri, 22 mart 2005-ci il
№ 50
|
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2005-ci il 22 mart tarixli 50 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR
|
“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin
NİZAMNAMƏSİ
1. Ümumi müddəalar[1]
1.1. “Azərsu” Açıq Səhmdar Cəmiyyəti (bundan sonra — Cəmiyyət) Azərbaycan Respublikası Milli Məclisinin 1995-ci il 12 may tarixli, 1038 nömrəli Qərarı ilə yaradılmış Abşeron Regional Səhmdar Su Cəmiyyətinin əsasında Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 11 iyun tarixli, 252 nömrəli Sərəncamı (bundan sonra - Sərəncam) ilə yenidən təşkil edilmişdir.[2]
1.2. Cəmiyyətin bütün səhmləri dövlətə məxsusdur. Dövlət adından Cəmiyyətin səhmlərinin saxlayıcısı kimi Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi çıxış edir.[3]
1.3. Cəmiyyət öz fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikasının qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarına və bu Nizamnaməyə uyğun olaraq həyata keçirir.
1.4. Cəmiyyətin rəsmi adı aşağıdakı kimidir:
tam halda — “Azərsu” Açıq Səhmdar Cəmiyyəti;
qısaldılmış halda — “Azərsu” ASC.
1.5. Cəmiyyətin hüquqi ünvanı: Azərbaycan Respublikası, Bakı şəhəri, Az.1012, Tbilisi prospekti, 67.
Dostları ilə paylaş: |