AzMİU-nun "fh və hft" kafedrası üzrə "Metrologiya, standartlaşdırma və sertifikatlaşdırma"



Yüklə 0,61 Mb.
səhifə3/8
tarix08.06.2018
ölçüsü0,61 Mb.
#53021
növüQaydalar
1   2   3   4   5   6   7   8




  1. Standartlaşdırma nəyə ciddi təsir göstərir?

  1. Elmi, texniki və iqtisadi tərəqqinin sürətli inkişafına.

  2. Texniki təhlükəsizlik normalarını təyin etməyə, elmi, texniki və iqtisadi tərəqqinin sürətli inkişafına.

  3. Məhsuldarlığı yülksəltməyə.

  4. Məhsulların keyfiyyətinin yüksəldilməsinə.

  5. Maya dəyərin aşağı salınmasına.




  1. Standart nədir?

  1. Standartlaşdırılan obyektə kompleks normalar və qaydalar müəyyən edən, səlahiyətli orqanlar tərəfindən təsdiq edilən standartlaşdırmanın normativ-texniki sənədidir.

  2. Texniki təhlükəsizliyi təmin edən sənəddir.

  3. Məhsuldarlığın artırılmasına köməklik göstərən sənəddir, standartlaşdirilan obyektə kompleks normalar və qaydalar müəyyən edən, səlahiyətli orqanlar tərəfindən təsdiq edilən standartlaşdırmanın normativ-texniki sənədidir.

  4. İstehsal qaydalarını tənzimləyən sənəddir.

  5. İşçilərin əmək haqqının yüksəldilməsinə köməklik göstərən səlahiyətli orqanlar tərəfindən təsdiq edilən standartlaşdırmanın normativ-texniki sənədidir.




  1. Təyinatından asılı olaraq standartlar neçə cür olur?

  1. Ümumdövlət, dövlətdaxili, sahələr və müəssisələr üçün.

  2. Dövlətdaxili və dövlətxarici.

  3. Müxtəlif və vahid.

  4. Beynəlxalq, dövlətlərarası, sahələr və müəssisələr üçün.

  5. Sahələr, müəssisələr, dövlətdaxili və dövlətxarici.




  1. Standartlaşdırmanın ən geniş yayılmış effektli forması sayılan vahidləşdirmə nə deməkdir?

  1. Eyni funksional təyinatlı obyektlərin müəyyən edilmiş əlamətlərinə görə vahid şəkilə gətirilməsinə və saylarının məqsədəuyğun şəkildə azaldılmasına deyilir.

  2. Vahid formalı standartların tətbiqinə deyilir.

  3. Standartların səmərəli tətbiq edilməsinə, obyektlərin müəyyən edilmiş əlamətlərinə görə vahid şəkilə gətirilməsinə və saylarının məqsədəuyğun şəkildə azaldılmasına deyilir.

  4. İstehsal proseslərinin eyni şəkilə gətirilməsinə deyilir.

  5. Əmək məhsuldarlığının yüksəldilməsinə, eyni funksional təyinatlı obyektlərin müəyyən edilmiş əlamətlərinə görə vahid şəkilə gətirilməsinə deyilir.




  1. Standartlaşdırma forması sayılan vahidləşdirmənin əsasını nə təşkil edir?

  1. Sistemləşdirmə və sinifləşdirmə.

  2. Təsnifləşdirmə, dəqiqləşdirmə və mərkəzləşdirmə.

  3. Dəqiqləşdirmə.

  4. Ümumiləşdirmə, dəqiqləşdirmə və mərkəzləşdirmə.

  5. Mərkəzləşdirmə.




  1. Standartlaşdırma forması sayılan vahidləşdirmənin bir növü olan müvəqqəti vahidləşdirmə nəyə deyilir?

  1. Verilmiş vaxt müddətində lazımi tələbatları ödəmək şərtilə məlumatların sayının azaldılmasına deyilir.

  2. Müəyyən zaman fasiləsi üçün nəzərdə tutulan və lazımi tələbatları ödəmək şərtilə məlumatların sayının azaldılmasına deyilir.

  3. 1 gün müddəti üçün nəzərdə tutulan standartlaşdırmadır.

  4. 1 həftə müddət üçün nəzərdə tutulan standartlaşdırmadır.

  5. 1 ay müddət üçün nəzərdə tutulan standartlaşdırmadır.




  1. Standartlar nəyin əsasında hazırlanır?

  1. Elmi və layihə tədqiqatlarının nəticələri əsasında.

  2. Çoxillik tədqiqatlar əsasında.

  3. Elmin son nailiyyətləri əsasında.

  4. Müəssisələrin təcrübəsi və əhalinin tələbləri əsasında.

  5. Əhalinin tələbləri əsasında.




  1. Standartlaşmanın xidmət sahələri hansılardır?

  1. Dövlət orqanları və onların xidmət sahələri, müxtəlif sənaye sahələrinin standartlaşdırma xidmətləri, müəssisələrdə, təşkilatlarda və idarələrdə yaradılan standartlaşdırma bölmələri.

  2. Dövlət standartlaşdırma və metroloji xidmət orqanı.

  3. Müəssisələrə və sahələrə aid standartlaşdırma təşkilatları.

  4. Sənaye müəssisələrində sexlərarası standartlaşdırma bölmələri, dövlət standartlaşdırma və metroloji xidmət orqanı və sahibkarliq fəaliyyətinə nəzarət edən standartlaşdırma təşkilatları.

  5. Sahibkarlıq fəaliyyətinə nəzarət edən standartlaşdırma təşkilatları, sənaye müəssisələrində sexlərarası standartlaşdırma bölmələri, dövlət standartlaşdırma və metroloji xidmət orqanı.




  1. Standartların yüksək keyfiyyətinin və effektivliyini təmin etmək üçün onların işlənməsi mərhələlərində hansı vacib prinsipləri həyata keçirmək lazımdır?

  1. Sistemlilik, kompleks və optimal məhdudiyyət, mütərəqqilik, qarşılıqlı əlaqələndirmə, məmulatların funksional qarşılıqlı əvəzolunmasının təmin edilməsi, üstün tutma, dinamiklik prinsipləri.

  2. Materialların xüsusi məsrəflərinin azaldılması və standartların elmi-tədqiqat prinsipləri, Mütərəqqilik, standartların optimallaşdırılması, komplekslilik, qarşılıqlı əlaqələndirmə, məmulatların funksional qarşılıqlı əvəzolunmasının təmin edilməsi, üstün tutma, dinamiklik prinsipləri.

  3. Qarşılıqlı əlaqələndirmə və dinamiklik prinsipləri.

  4. Vahidlilik, qarşılıqlı əvəzolunma və üstüntutma prinsipləri.

  5. Mütərəqqilik, standartların optimallaşdırılması, komplekslilik, qarşılıqlı əlaqələndirmə, məmulatların funksional qarşılıqlı əvəzolunmasının təmin edilməsi, üstün tutma, dinamiklik prinsipləri.




  1. Kompleks standartlaşdırma nəyə deyilir?

  1. Konkret problemin optimal həllini təmin etmək məqsədilə obyektə təsir edən faktorlara qarşılıqlı əlaqəli tələblər sisteminin təyin və tətbiq edilməsinə deyilir.

  2. İstehsal obyektlərində məhsulların keyfiyyətinə ümumilikdə tələblər irəli sürməyə deyilir.

  3. Standartlaşdırma tələblərinin və normalarının məcmusuna deyilir.

  4. Norma və qaydalarına kompleks şəkildə istifadəsinə, standartlaşdirma obyektlərinin fəaliyyətinə kompleks şəkildə yanaşılmasına və istehsal obyektlərində məhsulların keyfiyyətinə ümumilikdə tələblər irəli sürməyə deyilir.

  5. Standartlaşdırma obyektlərinin fəaliyyətinə kompleks şəkildə yanaşılmasına və istehsal obyektlərində məhsulların keyfiyyətinə ümumilikdə tələblər irəli sürməyə deyilir.




  1. Kompleks standartlaşdırlma hansı xüsusiyyətlərlə xarakterizə olunur?

  1. Sistemləşdirmə, optimallaşdırılma və əlaqələndirilmə.

  2. Optimallaşdırılma, surətləndirilmə və limitləşdirilmə.

  3. Optimallaşdırılma, demokratikləşdirilmə və sistemləşdirilmə.

  4. Sistemləşdirilmə, limitləşdirilmə və xüsusiləşdirilmə.

  5. Dəyişdirilmə, razılaşdırılma və optimallaşdırılma.




  1. Qabaqlayıcı standartlaşdırma nəyə deyilir?

  1. Gələcək planlaşdırılma dövründə optimal olan və obyektə normadan artıq tələblər irəli sürən standartlaşdırmaya deyilir.

  2. Standartlaşdırmadan əvvəl obyektə tətbiq edilən norma və tələblərə deyilir.

  3. Standartlara əlavə olunmuş qaydalara deyilir.

  4. Standartlaşdırmadan əvvəl keçirilmiş yoxlamalara, standartlaşdirmadan əvvəl obyektə tətbiq edilən norma və tələblərə deyilir.

  5. Standartların mötəbərliyinə, standartlaşdirmadan əvvəl keçirilmiş yoxlamalara, standartlaşdirmadan əvvəl obyektə tətbiq edilən norma və tələblərə deyilir.




  1. Qabaqlayıcı standartlaşdırılmanın obyekti nə ola bilər?

  1. İstehsal olunan məmulatların mühüm növləri, normalar, xüsusiyətlər və tələblər ola bilər.

  2. Məmulatların adları və keyfiyyəti, istehsal olunan məmulatların mühüm növləri, normalar, xüsusiyətlər və tələblər ola bilər.

  3. Avadanlıqların adları və növləri ola bilər.

  4. İstehsal prosesinin keyfiyyəti ola bilər.

  5. İstehsal olunan məhsulların xüsusiyyətləri, növləri, avadanliqlarin adları və növləri ola bilər.




  1. Qabaqlayıcı standartlaşdırma nəyə əsaslanır?

  1. Elm və texnikanın ən yeni nailiyyətlərinə.

  2. Qabaqlayıcı texnologiyalara və ciddi nəzarətə.

  3. İntuitsiyaya.

  4. Keyfiyyətli məhsul istehsalına və intuitsiyaya.

  5. Ciddi nəzarətə.




  1. İSO təşkilatının hazırladığı standartlar hansı beynəlxalq əlaqələr üçün əhəmiyyətli rol oynayır?

  1. İqtisadi.

  2. Siyasi.

  3. Təşkilati.

  4. Hüquqi.

  5. İnzibati.




  1. İSO təşkilatının ali orqanı hansıdır?

  1. Baş məclis.

  2. Baş idarə.

  3. Baş komitə.

  4. Baş orqan.

  5. Baş icra aparatı.




  1. İSO təşkilatının ali orqanı hər neçə ildən bir toplanır?

  1. 3.

  2. 2.

  3. 1.

  4. 4.

  5. 5.




  1. İSO təşkilatının tərkibində hansı baş komitə yaradılmışdır?

  1. İcrayə komitəsi.

  2. Təşkilat komitəsi.

  3. Qanunverici komitə.

  4. Attestasiya komitəsi.

  5. Tövsiyə və təkliflər komitəsi.




  1. İSO təşkilatının nəzdində yaradılmış icrayə komitəsinin tərkibində neçə alt komitələr fəaliyyət göstərirlər?

  1. 150-dən çox.

  2. 160-dan çox.

  3. 170-dən çox.

  4. 180-dən çox.

  5. 190-dan çox.




  1. Hazırda dünyanın neçə dövləti İSO təşkilatının həqiqi üzvüdür?

  1. 80-dən çox.

  2. 75-dən çox.

  3. 70-dən çox.

  4. 65-dən çox.

  5. 60-dan çox.




  1. İSO təşkilatının nəzdində metrologiya sahəsində yaradılmış “Ölçü və çəki beynəlxalq təşkilatı” neçənci ildən fəaliyyət göstərir?

  1. 1875

  2. 1878

  3. 1880

  4. 1885

  5. 1890




  1. İSO təşkilatının nəzdində “Qanunverici metrologiyanın beynəlxalq təşkilatı” neçənci ildə yaradılmışdır?

  1. 1956

  2. 1958

  3. 1960

  4. 1962

  5. 1964




  1. Məhsulların keyfiyyətinə nəzarət üzrə Avropa təşkilatı neçənci ildən fəaliyyət göstərir?

  1. 1956

  2. 1966

  3. 1976

  4. 1980

  5. 1986




  1. Standartlaşdırma və metrologiya sahəsində Respublikamızda hansı beynəlxalq təşkilatlar müvafiq işlər aparırlar?

  1. İSO, beynəlxalq elektrotexnika komissiyası (BEK), keyfiyyətə nəzarət üzrə Avropa təşkilatı (KNAT), qanunverici metrologiya sahəsində beynəlxalq təşkilat (QMBT).

  2. Metrologiya və standartlaşdırma sahəsində bütün tanınmış təşkilatlar.

  3. Avropa şurası və BMT-nin nəzdindəki təşkilatlar.

  4. Avropa komissiyası və İSO.

  5. Beynəlxalq ticarət təşkilatı və İSO.




  1. Məmulatların standartlaşdırma göstəriciləri hansı göstəricilərlə yanaşı araşdırılır?

  1. Vahidləşmə səviyyəsini xarakterizə edən göstəricilərlə.

  2. Norma və qaydaları xarakterizə edən göstəricilərlə.

  3. Qarşılıqlı əvəzolunmanı xarakterizə edən göstəricilərlə.

  4. Keçirilən yoxlamaları xarakterizə edən göstəricilərlə.

  5. Nəzarətin səviyyəsini xarakterizə edən göstəricilərlə.




  1. Standartlaşdırma və metrologiya ilə bağlı məhsulların hansı keyfiyyət göstəriciləri müəyyən edilmişdir?

  1. Etibarlılıq, standartlaşdırma və vahidləşdirilmə, patent-hüquq, iqtisadi, təyinat, konstruktiv-texnoloji, erqonomiklik, təhlükəsizlik.

  2. Etibarlılıq, uzunömürlülük, dayanıqlıq, təmirə yararlılıq, iş qabiliyyətini saxlama, standartlaşdırma və vahidləşdirilmə, patent-hüquq, iqtisadi, təyinat, konstruktiv-texnoloji, erqonomiklik, təhlükəsizlik.

  3. Vahidləşdirmə, dəqiqlik, nəzarət, patent, erqonomiklik, etibarlılıq.

  4. Uzunömürlülük, dayanıqlıq, dəqiqlik, iş qabiliyyətini saxlama, standartlaşdırma və vahidləşdirilmə, patent-hüquq, iqtisadi, təyinat, konstruktiv-texnoloji, erqonomiklik, təhlükəsizlik.

  5. Vahidləşdirmə, təhlükəsizlik, təmirəyararlılıq, patent, iqtisadi, təyinat.




  1. Texnika sahəsində maşın və mexanizmlərin ən səmərəli keyfiyyət göstəricisi hansıdır?

  1. İstismar.

  2. İqtisadi.

  3. Məhsuldarlıq.

  4. Maya dəyəri.

  5. Təhlükəsizlik.




  1. Maşın və mexanizmlərin işinin keyfiyyətini xarakterizə edən istismar göstəricisi hansı xüsusiyyətləri özündə əks etdirir?

  1. Etibarlılıq, dinamiklik, erqonomiklik, enerji və yanacaq qənaətcilliyi, ekoloji və hərəkət təhlükəsizliyi və istismarın səmərəliliyi.

  2. Ekoloji və hərəkət təhlükəsizliyi, aktiv və passiv təhlükəsizliyi, ömüruzunluğu və dəyanətliliyi.

  3. İdarəetmə qabiliyyəti, etibarlılığı və təmirə yararlılığı.

  4. Enerji və yanacaq qənaətciliyi, ömür uzunluğu, iş qabiliyyətini qoruyub saxlama qabiliyyəti.

  5. Dəyanətliliyi, aktiv və passiv konstruktiv təhlükəsizliyi, dinamikliyi və etibarlılığı, erqonomiklik, enerji və yanacaq qənaətcilliyi, ekoloji və hərəkət təhlükəsizliyi və istismarın səmərəliliyi.




  1. Maşın və mexanizmlərin əsas keyfiyyət göstəricisi sayılan etibarlılıq hansı əsas xüsusiyətlə xarakterizə olunur?

  1. Uzunömürlülük, imtinasızlıq, təmirə yararlılıq və iş qabiliyətini qorumaq.

  2. Dəyantlilik, konstruktiv təhlükəsizlik, aktiv və passiv tətəhlükəsizlik, dinamiklik.

  3. Aktiv və passiv tətəhlükəsizlik, dinamiklik, təmirəyararliliq, dəyanətlilik, imtinasızlıq.

  4. Enerji və yanacaq qənaətcilliyi, imtinasızlıq.

  5. Təmirəyararlılıq, dəyanətlilik, imtinasızlıq.




  1. Texnika sahəsində maşın və mexanizmlərin keyfiyyət göstəricisi sayılan erqonomiklik hansı məsələləri özündə cəmləşdirir?

  1. Əmək şəraitinin yaxşılaşdırılması üçün gigiyenik, fizioloji, psixoloji, texniki, təşkilati şəraitin yaradılması və işçilərin iş qabiliyyətini inkişaf etdirmək üçün vasitələrin müəyyənləşdirilməsi.

  2. İdarəetmənin və işıqlandırılmanın münasibliyini.

  3. İş yerinin rahatlığını, münasib tərtibatını, səliqəsini və təmizliyini.

  4. Maşın və mexanizmlərin quruluşunun və rənginin mütənasibliyini, iş yerinin rahatlığını, münasib tərtibatını, səliqəsini və təmizliyini, iş yerinin psixoloji və texniki şəraitini.

  5. İş yerinin psixoloji və texniki şəraitini.




  1. Maşın və mexanizmlərdə əsas erqonomik göstəricilər hansılardır?

  1. Maşın və mexanizmlərin idarəetmə orqanlarının münasib və rahat yerləşdirilməsi, istismarının sadəliyi, işçi ərazisinin yaxşı görünməsi, titrəmə və səs-küyün az olması, onların quruluşunun və rənginin mütənasibliyi, iş yerinin səliqəsi, təmizliyi və yaxşı işıqlandırılması.

  2. Gigiyenik göstəricilər, ekoloji və hərəkət təhlükəsizliyi, Aktiv və passiv təhlükəsizlik, iş yerinin rahatlığı.

  3. Aktiv və passiv təhlükəsizlik, iş yerinin rahatlığı.

  4. Daxili və xarici passiv təhlükəsizliyi, dəyanətliliyi, məlumatlılığı.

  5. Məlumatlılığı, tormoz və dartıcı-surət göstəriciləri, rəngi, iş yerinin yaxşı işıqlandırılması, istismarının sadəliyi, işçi ərazisinin yaxşı görünməsi, titrəmə və səs-küyün az olması, onların quruluşunun və rənginin mütənasibliyi, iş yerinin səliqəsi, təmizliyi və yaxşı işıqlandırılması.




  1. Standartlaşdırmada sistemləşdirmə nəyi əks etdirir?

  1. Əşyaların, hadisələrin və anlayışların asan istifadə edilməsi üçün dəqiq sistem şəklində müəyyən qayda və ardıcıllıqla düzülməsinə deyilir.

  2. Ölçü cihazlarının göstəricilərinin cədvəl şəklinə salınmasına deyilir.

  3. Proseslərin düzülüşünə deyilir.

  4. Ölçü avadanlıqlarının təsnifatına hadisələrin və anlayışların asan istifadə edilməsi üçün dəqiq sistem şəklində müəyyən qayda və ardıcıllıqla düzülməsinə deyilir.

  5. Avadanlıqların qruplaşdırılmasına hadisələrin və anlayışların asan istifadə edilməsi üçün dəqiq sistem şəklində müəyyən qayda və ardıcıllıqla düzülməsinə deyilir.




  1. Standartlaşdırmada aqreqatlaşdırılma nəyə deyilir?

  1. Avadanlıqların və cihazların vahid bir standart aqreqat və mexanizm şəklində yaradılması prinsiplərinə deyilir.

  2. Hissələrin asan istifadə edilməsi üçün onların vahid bir şəkildə toplanmasına, eyni tipli hissələrdən aqreqat və mexanizmlərin yığılmasına deyilir.

  3. Eyni tipli hissələrdən aqreqat və mexanizmlərin yığılmasına deyilir.

  4. Hissələrin ümumi formalarına görə texnoloji ardıcıllıqla düzülüşünə deyilir və qruplaşdırılmasına deyilir.

  5. Hissələrin qruplaşdırılmasına deyilir.




  1. Məmulatların standartlaşdırma və vahidləşdirmə səviyyəsi göstəricisi dedikdə nə başa düşülür?

  1. Məmulatların standartlaşdırılmış və vahidləşdirilmiş tərkib hissələri ilə təchiz edilməsi başa düşülür.

  2. Məmulatların asan istifadə edilməsi üçün onların vahid bir şəkilə salınması və eyni tipli məmulatların bir qrupda toplanması başa düşülür.

  3. Eyni tipli məmulatların bir qrupda toplanması başa düşülür.

  4. Məmulatların vahid bir standarta uyğunlaşdırılması və eyni tipli məmulatların bir qrupda toplanması başa düşülür.

  5. Eyni tip məmulatlardan mexanizmlərin yığılmasında istifadə edilməsi başa düşülür.




  1. Standartların hansı əsas növləri mövcuddur?

  1. Texniki şərtlərin, parametrlərin, markaların, əlamətlərin, ölçü və konstruksiyaların, texniki tələblərin, qəbul qaydalarının, işarələnmə, qablaşdırma və nəqletmə qaydalarının, ölçü cihazlarının yoxlanılması üsulları üçün, istismar və təmir qaydaları üçün, texnoloji proseslər üçün standartlar.

  2. Dövlətlərarası və dövlətdaxili standartlar.

  3. Müəssisələr və obyektlər üçün parametrlərin, markaların, əlamətlərin, ölçü və konstruksiyaların, texniki tələblərin, qəbul qaydalarının, işarələnmə, qablaşdırma və nəqletmə qaydalarının, ölçü cihazlarının yoxlanılması üsulları üçün, istismar və təmir qaydaları üçün, texnoloji proseslər üçün standartlar.

  4. Beynəlxalq və respublika standartları.

  5. İnzibati, hüquqi, məişət parametrlərin, markaların, əlamətlərin, ölçü və konstruksiyaların, texniki tələblərin, qəbul qaydalarının, işarələnmə, qablaşdırma və nəqletmə qaydalarının, ölçü cihazlarının yoxlanılması üsulları üçün, istismar və təmir qaydaları üçün, texnoloji proseslər üçün standartlar.




  1. İSO standartlarından istifadənin əhəmiyyəti nədədir?

  1. Elm və texnika sahəsində beynəlxalq səviyyədə əlaqələrin yaradılmasındadır.

  2. Beynəlxalq sazişlərin bağlanılmasında və siyasi problemlərin həll edilməsi imkanının yaradılmasındadır.

  3. Beynəlxalq sazişlərin bağlanılmasında və beynəlxalq ticarət əlaqələrinin yaradılmasındadır.

  4. Beynəlxalq nəqliyyat əlaqələrinin yaradılmasındadır.

  5. Siyasi problemlərin həll edilməsi imkanının yaradılmasındadır.




  1. Sertifikatlaşdırma nə deməkdir?

  1. İstənilən fəaliyyətin həyata keçirilməsinin qanuni əsasıdır.

  2. Ətraf mühitə təsirlərin normalaşdırılmasıdır.

  3. Ətraf mühitə təsirlərin lisenziyalaşdırılmasındadır.

  4. Fəaliyyətin qanuni sənədidir.

  5. Standartların tərtib edilməsi üçün ilkin və təsiredici sənəddir.

150. Metrologiya elmində nələr öyrənilmir?



  1. Antiseysmik tədbirlər və rekonstruksiya.

  2. Fiziki kəmiyyətlərin ölçü vahidləri və onların sistemləri.

  3. Ölçmələr haqqında ümumi nəzəriyyə.

  4. Ölçmə metodları və vasitələri.

  5. Nümunəvi ölçmə vasitələrindən və ya etalonlardan istismar olunan ölçmə vasitələrinə ölçü vahidlərini ötürən sistemlər.

151. Metroloji təminat dedikdə nə öyrənilir?



  1. Ölçmənin tələb olunan dəqiqliklə yerinə yetirilməsi üçün elmi və təşkilatı əsaslar.

  2. İnşaat elminin müasir problemləri, diaqnostika və rekonstruksiya məsələləri.

  3. Diaqnostika və rekonstruksiya məsələləri.

  4. Qurğuların müayinəsi və sınağı.

  5. Zəlzələyə davamlı binaların layihələndirilməsi, diaqnostika və rekonstruksiya məsələləri.

152. Aşağıda qeyd edilənlərdən hansı ölçmə zamanı istifadə edilən texniki vasitələrə aid deyil?



  1. Ölçmə düsturlarının qurulması.

  2. Ölçmə çevriciləri.

  3. Ölçmə dəzgahları və qurğuları.

  4. Ölçmə sistemləri.

  5. Ölçmə cihazı və sənədləri.

153. Ölçmə vasitələrinin yoxlanması nədir?



  1. Metroloji orqanlar tərəfindən ölçmə vasitələrinin xətasının təyin edilməsi üçün onların yararlığını müəyyənləşdirməkdir.

  2. Ölçmənin son nəticələridir.

  3. Ölçmə nəticələrini qeyd edən qurğuların və ölçmə vasitələrinin xətasının təyin edilməsi üçün onların yararlığını müəyyənləşdirməkdir.

  4. Normativ texniki sənədlərin tələblərinə uyğun ölçmə vasitələrini yoxlamaq üçün lazım olan texniki vasitələrdir.

  5. Etalonlar.

154. Tarirovka nə deməkdir?



  1. Cihazın yoxlanması deməkdir.

  2. Cihazın təkmilləşdirilməsi deməkdir.

  3. Cihazın cərəyan mənbəyinə qoşmaq.

  4. Cihazın eksperimentə qoşmaq.

  5. Cihazın quraşdırılması deməkdir.

155. Ossiloqraf nəyə görə istifadə edilir?



  1. Rəqsləri qeyd etmək üçün.

  2. Statiki qüvvələri ölçmək üçün.

  3. Elasatik qüvvələri ölçmək üçün.

  4. Statiki deformasiyaları ölçmək üçün.

  5. Cərəyan şiddətini ölçmək üçün.

156. Elektrik tenzometr vasitəsi ilə hansı deformasiyanı ölçmək olar?



  1. Dartılma.

  2. Sürüşmə.

  3. Sıxılma.

  4. Fırlanma.

  5. Əyilmə.

157. Elektrik tenzometr vasitəsi ilə hansı qüvvələri ölçmək olar?



  1. Həm statiki və dinamiki.

  2. Statiki.

  3. Dinamiki.

  4. Rəqsləri.

  5. Dartılma statiki qüvvələri.

158. Tenzomertiya metodlarına aid olmayan hansıdır?


Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin