Azo- və diazobirləşmələr Plan


Fiziki xassələri və quruluşu



Yüklə 1,75 Mb.
səhifə2/7
tarix15.10.2022
ölçüsü1,75 Mb.
#118325
1   2   3   4   5   6   7
AZO VE DIAZO BIRL-1

Fiziki xassələri və quruluşu:Diazonium duzları kristallik,suda həll olunan,qeyri-sabit,bəzi nümayəndələri partlayıcı maddələrdir.Kompleks anionlu tetraflüorborat kimi duzlar qismən sabitdir.
Arendiazonium qoşulmuş sistemli iondur.Onlarda arenin -elektron sistemi ilə diazonium qrupu üçqat rabitə ilə qoşulmuşdur:

+



+

+

”+

Hər iki azot atomu sp-hibrid halındadır.Bunlardan biri tam müsbət yüklüdür.Bu,diazonium qrupunda elektronların yerdəyişməsi ilə izah olunur:

İkinci azot atomu qismən müsbət yüklə yüklənmişdir və əsas reaksiya mərkəzidir.


Rentgenstruktur analiz yolu ilə isbat olunmuşdur ki,C-N-N qrupu xətti quruluşa malikdir və N-N rabitəsi ikiqat rabitəyə uyğun gəlir:






Diazonium qrupu üzvi birləşmələrdə ən qüvvətli elektroakseptor qrupdur.


Diazotatların əmələ gəlməsi və quruluşu:Diazonium duzu məhluluna qələvi əlavə etdikdə diazotat kristalları çökür.
1894-cü ildə A.Qanç iki cür diazotatın - sin və anti izomerləri olduğunu göstərmişdir:

Diazonium ionu qələvi mühitdə ( pH=10-12 ) asanlıqla hidroksil ionunu birləşdirir və sin-diazotat əmələ gətirir.O da tədricən anti-diazotata çevrilir:



anti

sin

Sin və anti izomerlər öz quruluşlarına görə bir-birindən fərqlənirlər.Sin izomerlərdə əvəzləyicilər azoqrupun N=N bir tərəfində,anti izomerlərdə isə əks tərəflərdə olur.


Diazot ionunda elektrofil hissəcik həm oksigenə,həm də azota hücum edə bilər:

-

Diazotat ionunu protonlaşdıranda iki tautomer formada olan məhsul-diazohidroksid və N-nitrozoamin alınır:



Bu izomerlərdən N-nitrozoaminin turşuluğu az olduğu üçün o,daha davamlıdır.Turşu artığı mühitində N-nitrozoamin diazonium kationuna çevrilir.


Yada salaq ki,alifatik diazobirləşmələr müəyyən qədər sabit olduqları halda,alkildiazonium duzları davamsızdır,alınan anda onlar azotun ayrılması ilə parçalanır.Arildiazonium duzları isə kifayət qədər davamlı yüksək reaksiya qabiliyyətli birləşmələrdir.Arildiazonium duzlarının sabit olması diazonium kationunda müsbət yükün aromatik nüvə üzrə delokallaşması və C-N rabitəsi tərtibinin artması ilə izah oluna bilər:

+’



-


+

+’


+

+d’


Aromatik diazobirləşmələr dedikdə diazonium duzlarından başqa arildiazotatlar ( ArN=N­-OMe+ ),ariltriazenlər (ArN=NNHAr’),arilhidroksitriazenlər (ArN=NNAr’),arildiazosianidlər (ArN=NCN) və digər bir çox birləşmələr nəzərdə tutulur.Onlar sinton kimi geniş istifadə olunduğundan böyük əhəmiyyətə malikdirlər.


Diazonium duzları diazokationdan və aniondan ibarətdir.Mahiyyətcə onlar ammonium duzlarını xatırladır.

+
Diazokation – qoşulmuş ion olub,hər iki azot atomu qismən müsbət yüklüdür:

’+

Diazonium duzlarının adları aromatik radikalın adına –diazonium şəkilçisi əlavə etməklə və anionun adı göstərilməklə düzəldilir:





Fenildiazonium p-Tolildiazonium
xlorid disulfat

Fenildiazonium tetraflüorborat

Bərk halda arildiazonium duzlarının sabitliyinə anionun təbiəti əsaslı təsir göstərir.Nukleofil xassəyə malik olmayan kompleks anionlu duzlar daha sabitdir:




Yüklə 1,75 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin