Azo- və diazobirləşmələr
Plan:
Azobirləşmələr,onların adlandırılması
Azobirləşmələrin alınma üsulları
Azobirləşmələrin fiziki xassələri və quruluşu
Çevrilmə reaksiyaları:
- azotun ayrılması ilə gedən reaksiyalar
- azotun ayrılmaması ilə gedən reaksiyalar
5. Azobirləşmələr və azoboyaqlar.
Diazo- və azobirləşmələr tərkibində bir-biri ilə doymamış rabitə ilə əlaqəli iki azot atomu olan birləşmələrdir.Diazobirləşmələrdə azot atomlarından ancaq biri,azobirləşmələrdə isə hər ikisi əlaqədə olduğu qrupun karbon atomu ilə birləşir.
Diazobirləşmələr:Tərkibində =N2 və ya –N2+ X - – diazo və ya diazonium qrupu olan maddələrdir.Onlarda həmin qrup bir tərəfdən karbohidrogen qalığı ilə birləşməlidir:
Misallar və adlandırılması:
benzoldiazonium p-nitrobenzoldiazonium
xlorid tetraflüorborat
benzol- p-tolil-anti-natrium
anti-diazohidroksid diazotat
3,4-dimetilbenzol-sin-
kalium diazotat
Arendiazonium duzları.
Alınma üsulları:Diazonium duzlarının əsas alınma üsulu birli aminlərə
nitrozolaşdırıcı reagentlərlə -HNO2 +H+X- ,NOX, [NO]+ BF4- ,NO + NO2 ,
RONO + H+X- və s. Qarşılıqlı təsir reaksiyasıdır.Bu reaksiya diazolaşma reaksiyası adlanır.Reaksiya aşağı temperaturda 0-5C-də aparılır.Bu reaksiyanı 1858-ci ildə P.Qris açmışdır:
Diazolaşma reaksiyasının mexanizmi mürəkkəbdir.Belə təsəvvür edilir ki,aralıq məhsul kimi N-nitrozoamin alınır:
NaNO2 turşu ilə təsir etdikdə nitrit turşusu alınır ki,o da turş mühitdə nitrozil törəməsinə çevrilir.
N-nitrozilamin turş mühitdə tautomer forması olan diazohidroksidə keçir:
Diazobirləşmələr sulu məhlulda alınır və həmin vəziyyətdə istifadə olunur.
Dostları ilə paylaş: |