Çevrilmə reaksiyaları:Arildiazonium duzlarının çevrilmə reaksiyaları azotun ayrılması və ayrılmaması üzrə getmələrinə görə fərqlənir:
. .
Azotun ayrılması ilə gedən reaksiyalar:Diazonium duzları homolitik (ArN+NX-Ar + N2 + Cl ) və heterolitik (ArN+ NX-Ar++ N2+ X- )
parçalana bilir.Parçalanmanın istiqaməti anionun,aromatik nüvədə olan əvəzləyicinin və həlledicinin təbiətindən asılıdır.İon quruluşlu diazonium duzlarına heterolitik parçalanma xarakterdir.Əmələ gələn aril kationu anionla və xarici nukleofillə (su ilə) reaksiyaya daxil ola bilər.Reaksiyanın xarici nukleofilin iştirakı ilə getməsi üçün diazonium duzunun çox duru məhlulundan istifadə etmək lazımdır.Belə ki,fenildiazonium disulfatın çox duru turş məhlulu qaynadıldıqda praktiki olaraq ancaq fenol əmələ gəlir:
Reaksiya SN1 mexanizmi üzrə gedir:
zəif sürətli mərhələ
sürətli mərhələ
Diazonium duzunun parçalanması adətən su mühitində aparıldığından onun mexanizmi ancaq anionun və kationun aromatik fraqmentindəki əvəzləyicinin təbiətindən asılı olur.Diazokation elektronu asan aldıqda homolitik parçalanma asanlaşır.Odur ki,anion elektronu zəif saxladıqda və ya əvəzləyici (Z) güclü elektronakseptor xassəli olduqda homoliz asanlaşır:
Arildiazonium xloridə qələvi metalların yodidləri ilə təsir etdikdə arilyodidin alınması buna misal ola bilər:
Anionu elektronu asan saxlayan elektronakseptor əvəzləyici diazonium duzlarının homolitik parçalanması üçün reaksiyanı reduksiyaedicilərlə katalikləşdirmək lazımdır.Bunun üçün reduksiyaedicilər kimi adətən bir valentli misin,iki valentli dəmir və qalayın duzlarından istifadə olunur(Zandmeyer):
Arildiazonium duzlarının radikal parçalanması dienlərin,alkenlərin və sonuncuların ikiqat rabitə ilə əlaqəli nitril və karbonil qrupu törəmələrinin iştirakında apardıqda aralıq mərhələdə əmələ gələn aril radikalının Cu2+ ilə deyil,ikiqat rabitə üzrə reaksiyaya daxil olması nəticəsində maraqlı birləşmələr əmələ gəlir:
Aromatik fraqmentində elektronakseptor əvəzləyicisi olan diazonium duzlarının(Aromatik fraqmentdə elektrodonor əvəzləyici olduqda əsas məhsul kimi azobirləşmələr əmələ gəlir) homolitik parçalanmasından əmələ gələn aril radikallarınınbir-biri ilə birləşməsindən simmetrik difenillər alınır.Parçalanma zəif əsasi mühitdə arenlərin artıq miqdarı iştirakında aparıldıqda qeyri-simmetrik difenillər alınır.
Diazonium duzları əsasında aromatik nüvəyə flüor atomunun daxil edilməsində qurudulmuş arildiazonium tetraflüorboratın parçalanmasından bir üsul kimi istifadə olunur (Şiman):
Arildiazonium duzlarında diazoqrupun hidrogenlə əvəzlənməsi üçün reduksiyaedicilərdən istifadə olunur:
Bu zaman xeyli miqdarda diarillərin əmələ gəlməsinə görə ehtimal olunur ki,reaksiya radikal mexanizmi üzrə gedir.Reduksiyaedici kimi etil spirtindən və formaldehiddən istifadə olunur:
Dostları ilə paylaş: |