DARTICI ÇARX (stretcher) – Yayaltı lingdə qurulan və lentdartma yolundan keçərkən kinolentin dartılmasını nizamlayan qurğu.
DAYCEST (digest) – 1) Oxşar məzmunda audio və video materialların, məlumatların qısa məzmununun toplusundan ibarət süjet, yaxud veriliş; başqa nəşrlərdən götürülüb çap edilən aktual əsərlər toplusu; 2) Başqa telekanallarda verilən əyləncə xarakterli ən maraqlı videosüjetlərin, eləcə də mətbuatda çap olunan və böyük məna kəsb edən materialların qısa formada yenidən efirdə göstərilməsi. D. üçün xarakterik cəhət tamaşaçıları heyrətləndirə biləcək materialların verilməsidir. Kliplər yayan və kütlələri yayım proqramları materiallarının əsas məzmunu ilə tanış edən dövri vasitələr də D. adlanır.
DEBÜT (debut) – Hərfi mənada: başlanğıc. Hər hansı sahədə ilk dəfə çıxış etmək, fəaliyyətin başlanğıcı. Məs., aktyorun səhnədə ilk çıxışı, aparıcının ekrana ilk çıxışı və s.