DİAPOZİTİV (slide) – 1) Diaproyektor vasitəsilə nümayiş etdirilən və ya şüşəyə yapışdırılan pozitiv fototəsvir; 2) Şəffaf əsas üzərində (şüşədə, lentdə) hazırlanan təsvirlər. Bunlardan kinoçəkiliş zamanı çəkilən səhnənin fonu kimi ekrana göstərmək üçün istifadə oluna bilər.
DİAPROYEKTOR (diaprojector)– Təsvirlərin (diapozitivlər, filmlər və s.) şəffaf ekrana proyeksiyalanması üçün optik-mexaniki cihaz; diafilmlərin göstərilməsi üçün filmoskop.
DİASKOP (diascope) – Şəffaf əsas üzərində – şüşədə, lentdə (diapozitivlər) yerinə yetirilmiş təsvirlərin göstərilməsi üçün cihaz. Gövdədən, diapozitivin böyüdülmüş həqiqi təsvirini əmələ gətirən göstərmə obyektivindən və işıq mənbəyindən ən yaxşı istifadə zamanı təsvirin ekranda bərabər parlaqlığını təmin edən işıq sistemindən ibarətdir. Bax: D i a p r o y e k t o r.