DİSKET (dissette) – Hesablama qurğusunun başlığı üçün kəsiyi olan möhkəm üzlüklü elastik diskli kaset.
DİSK-JOKEY (disk jockey) – Müxtəlif zövqlü adamların və dinləyicilərin istəyi ilə hazırlanan musiqi – mahnı proqramının aparıcısı, radio studiyasının əməkdaşı. Qısaca d i-c e y adlanan D.j.-in xüsusi musiqi hazırlığı olmalıdır, çünki o yalnız ayrı-ayrı musiqi nömrələrini elan etmir, həm də dinləyicilərə mahnının yaranması, müəllifi, ifaçısı, eləcə də səslənən musiqinin mahiyyəti, melodik çalarları və s. haqqında müəyyən məlumatlar, şərhlər verir. D.j. üçün improvizasiya bacarığı xüsusilə vacibdir. Verilişlər canlı efirdə gedir və di-cey dinləyicilərlə söhbət edir, onların suallarını cavablandırır.