DİZAYNER (designer) – Dizayn mütəxəssisi, bəzəkçi rəssam. Verilişlərin bədii tərtibatı və ekran təqdimatı ilə məşğul olan kompüter mütəxəssisi.
DOMEN (domain) – EHM-də serverin kompüter toplusu və onlara qoşulmuş işçi stansiya (İST). Bəzi hallarda bir D.-də bir neçə server olur. Onlardan biri baş server, qalanları isə ehtiyat serveri və ya əsas serverin məntiqi genişlənməsi rolunu oynayır.
DOZA (dose/dosage) – Verilişin strukturunda müəyyən elementlərdən istifadənin dəqiq ölçülmüş miqdarı.
DÖRD DİNAMİKLİ SİSTEM (quadrophony) – Stereo səsi meydana çıxaran sistem. Texnoloji cəhətdən daim cilalanan 4 ayrı kanallı, 4 dinamikli sistem. Stereonun 60 dərəcəlik səs yayılma bucağı 360 dərəcəyədək artır. Yayımda 4 amplifikator istifadə olunduğu kimi, yazıda da 4 mikrofona ehtiyac vardır.