EKSTRAVAQANTLIQ (extravagancy/eccentricity) – Varlığın bəzi hadisələrini və yaxud bu hadisələrin ayrı-ayrı tərəflərini özlərinə oxşar hadisələrin ümumi kütləsi içərisindən seçib ayıran və gözlənilməz, qeyri-adi bir şey kimi nəzərə çarpdıran orijinallıq. E. insanın xüsusi davranışda, fikirlərini ifadə etməyin orijinal üsulunda, onun qeyri-adi geyinmək tərzində özünü göstərir. E. hamının qəbul etdiyi normaların pozulması deyil, onların xüsusi, cəsarətlə, hətta bəzən cürətlə şərh və ifadə olunmasıdır.