ELEKTRİK QAYTANI (electric wire/fuse) – Adi şəraitdə 220 V-a qədər gərginlikli məişət elektrik cihazlarını, həmçinin TV və radio aparatlarını şəbəkəyə qoşmaq üçün izolə edilmiş elastik məftil. E.q. 2 və ya 3 damarlı olur.
ELEKTRİK MÜHƏRRİKİ (electric engine)– Kinoçəkiliş aparatının lentötürmə mexanizmi və obtyuratoru hərəkətə gətirən, dəyişən, yaxud sabit cərəyan ilə işləyən qurğu. Bəzi kinoçəkiliş aparatlarında elektrik mühərrikinin əvəzinə yayımı qurulan mexanizm istifadə olunur.
ELEKTRİK RABİTƏSİ (electric wiring communication) – 1) Elektrik cərəyanı vasitəsilə informasiyanın müəyyən məsafəyə ötürülməsi; 2) Bu sahə ilə bağlı məsələləri öyrənməklə məşğul olan elm və texnika sahəsi. E.r.-nin əsas növləri teleqrafiya, fototeleqrafiya, telefon rabitəsi, radiorabitə və TV-dir. E.r.-ndə məlumat bilavasitə naqillərlə yayılan elektrik siqnalları, yaxud radiosiqnallar vasitəsilə ötürülür.