ELEKTRON LİNZA (electron lens) – Maqnit sarğılardan və elektrodlardan ibarət qurğu. Elektron şüaların əks olunması və fokuslaşdırılması üçün istifadə olunur, eyni zamanda həmin şüalara optik linzasayağı təsir göstərir.
ELEKTRON MONTAJ (electron editing)– Kompüterdən (bilgisayardan) istifadə etməklə aparılan montaj. E.m.-da kadrların montajı üçün konkret proqram verilir. E.m.-ın aparılması üçün ən azı iki videomaqnitofon tətbiq edilir: birincisi, proqramın mənbəyi olur, digəri isə montaj edilən verilişin yazıldığı əsas maqnitofondur.