Азярбайъан Енсиклопедийасы


ELEKTRON PROQRAM GÜNDƏLİYİ (electronic programme guides



Yüklə 2,68 Mb.
səhifə168/809
tarix03.01.2022
ölçüsü2,68 Mb.
#51078
1   ...   164   165   166   167   168   169   170   171   ...   809
ELEKTRON PROQRAM GÜNDƏLİYİ (electronic programme guidesEPG) – Proqramların elektron siyahısı. Tarix/Vaxt cədvəli və müxtəlif proqramlar üçün təqvim cədvəli əsasında qurulur.

ELEKTRON PROYEKSİYA (electronic projection) – Böyük TV təsvirlərinin ekranda proyeksiyası üçün linzalardan və elektron-şüa borularından istifadə.

ELEKTRON TƏSVİR (electron image) – 1) Elektron şüaların hər hansı səthdə əmələ gətirdiyi virtual təsvir. Bu səthdə paylanan elektronların eyni sıxlığı optik təsvirin proporsional parlaqlığını təmin edir; 2) Kameranın görə bildiyi, həmçinin işığa verildiyi elektron görüntü.

ELEKTRON TV SİSTEMİ (electronic TV system) – Həm enerji toplanması, həm də bunsuz işləyən ötürücü borulu və bərkcisimli fotodəyişdiricisi olan bütün sistemlərin məcmusu.

ELEKTRON YAZI VİDEOMAŞINI (video typewriter) – Mikroprosessorda qurularaq mətn və titrlərin TV təsvirlərinə əlavə edilməsi üçün nəzərdə tutulan qurğu. E.y.v. elektron yaddaşa malikdir.

ELEMENT (element) – Verilişin, filmin, təsvirin bir ünsürü; tamın, bütövün tərkib hissəsi; adam, şəxs, ünsür; müəyyən sistemin tərkibinə daxil olan və hüdudları daxilində bölünməz kimi nəzərdən keçirilən obyekt (məs., «molekul» sistemində atom, «atom» sistemində elektron və s.) anlayışı.

Yüklə 2,68 Mb.

Dostları ilə paylaş:
1   ...   164   165   166   167   168   169   170   171   ...   809




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin