ƏLLƏ NİZAMLAMA REJİMİ (manual mode) – Videokameranın avtomatik vəziyyəti. Ə.n.r. hər cür işıq şərtlərində ən yaxşı çəkiliş imkanını təmin edir. Ancaq xüsusi çəkilişlər üçün əl nizamlamalarına ehtiyac var. Auto-lock düyməsini aşağı endirdikdə (işıq söndükdə) heç bir nizamlama aparılmaz. Amma bu rejimi söndürdükdən sonra cəmləşdirmə, ağ rəngin tarazlığı və təsvirin dəqiqləşdirilməsini müəyyən etmək olar.
ƏLVANLIQ (diversity of colors)– Dolğunluqla rəng tonunun məcmusu. Rəng tonu və dolğunluq rəngin keyfiyyət dərəcələridir.