ƏMTƏƏ NİŞANI (trade mark/blackstripe) – Malın adının özünəməxsus şriftlərlə yazılışı və ya simvolik işarəsi. Reklam üçün vacib komponentdir. Adətən, patentləşdirilir və başqa oxşar mallarda onun istifadəsinə yol verilmir.
ƏSAS AXIN – "MEYNSTRİMİNQ" (mainstreaming) – Sutkanın ən azı 4-5 saatını TV ekranı qarşısında keçirən əzabkeş tamaşaçılarda həyati dəyərlərə ümumi baxışların formalaşması prosesi.
ƏSAS FİLİAL (rrimary affiliate) – Əsas xidmət üçün bir teleşəbəkənin proqramlarından istifadə edən telestansiya.
ƏSAS FOKUS (primary focus) – Əsasoptik oxun sonsuz uzaqlaşmış obyekti göstərən nöqtəsi. Hər bir linzada və hər bir obyektivdə iki əsas fokus olur: ön və arxa.
ƏSAS FOKUS MƏSAFƏSİ (principle focal length) – Kinoçəkiliş obyektivinin (arxa) əsas nöqtəsindən (arxa) əsas fokusunadək olan məsafə. Ə.f.m. kinoçəkiliş obyektivinin mühüm səciyyəsidir və digər məlumatlarla birlikdə onun sağanağında (çərçivəsində) göstərilir. Ə.f.m. nə qədər böyük olarsa, digər bərabər şəraitdə təsvir də bir o qədər iri olar.