Азярбайъан Енсиклопедийасы


ƏSAS FORMUL (basic formula)



Yüklə 2,68 Mb.
səhifə187/809
tarix03.01.2022
ölçüsü2,68 Mb.
#51078
1   ...   183   184   185   186   187   188   189   190   ...   809
ƏSAS FORMUL (basic formula) – Xəbər proqramlarının janr xüsusiyyətlərinin təhlili üçün tətbiq edilən termin. U.Riversin və bu sahə üzrə Amerikanın digər nəzəriyyəçi mütəxəssislərinin fikrincə, əsas formul baş-ayaq çevrilmiş piramida şəklində təsəvvür edilə bilər. Bu isə qısa preambula ilə başlanan və hadisə, eləcə də onun konteksti haqqında daha müfəssəl söhbətlə bitən informasiyanın genişlənmə prosesini bildirir. Xəbərlərin məzmunundan asılı olaraq giriş hissəsi, ya əsas faktların sakitcə qısa sadalanmasından, ya da onların ixtisar edilmiş "kapsul" variantından ibarət ola bilər. Yaxud preambulaya ya qıcıqlandırıcı, ya da zarafatyana – lətifəvari xarakter verilir. Bütün hallarda əsas məqsəd informasiyanın məğzini ifadəli şərh etməklə informasiya alanın diqqətini cəlb etməkdir.


Yüklə 2,68 Mb.

Dostları ilə paylaş:
1   ...   183   184   185   186   187   188   189   190   ...   809




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin