ƏYLƏNCƏLİ PROQRAM (entertainment program) – Müasir mass-medianın informasiya sahəsində əhəmiyyətli dərəcədə payı olan və müxtəlif oyunlara əsaslanan bədii-musiqi proqramları. Analitiklər Ə.p.-ı təkcə medianın asudə vaxt funksiyaları spektrinin genişləndirilməsi ilə deyil, həm də KİV-in reklam sponsorluğundan asılılığının güclənməsi ilə əlaqələndirirlər. Belə ki, onlar əyləncəli proqramlardan özlərinin kommersiya maraqları üçün istifadə edərək bunun köməyi ilə reklam həvəsləndirməsinin müxtəlif formalarını təşkil edirlər. Ə.p.-ın xəbər proqramları ilə birləşməsi prosesi də inkişaf edir. Bu proseslər nəticəsində meydana çıxan infoteynment calaq janrları KİV-in kütləvi sahəsini daraldır və əyləncəli-informasiya proqramlarının yayım şəbəkəsində mövqeyini möhkəmləndirir.