FABULA (plot/story) – 1) Bədii əsərdə (kinofilmdə, teatr tamaşasında, ədəbi əsərdə) təsvir olunan hadisələrin zaman ardıcıllığı ilə nəql olunması. F. s ü j e t l ə sıx bağlıdır: hadisələrin xronoloji ardıcıllıqla təsvir olunduğu bədii əsərdə F. və süjet məfhumları bir-birinə uyğun gəlir; 2) Hadisələrin nəql edilməsi üsulu. Bu termin çoxmənalı olduğuna görə bəzən süjet anlayışı ilə səhv salınır. Əgər süjet dedikdə təsvir edilən hadisələrin xronoloji ardıcıllığı başa düşülürsə, F. dedikdə hadisələrin nəql edildiyi qayda nəzərdə tutulur. Bəzi ədəbiyyatşünaslar xronoloji ardıcıllığı F., onların bədii düzülüşünü isə süjet adlandırırlar. F. ədəbi əsərin məzmunu, burada təsvir olunan hadisələrdir. Beləliklə, materialın F. düzülüşü süjet düzümündən onunla fərqlənir ki, burada jurnalistin əsas işi hər hansı sosial təzahürü, yaxud problemi aça biləcək daha əlamətdar hadisələri fərqləndirməkdir.