Азярбайъан Енсиклопедийасы


FİLMİN YOXLAMA NÜSXƏSİ (test copy)



Yüklə 2,68 Mb.
səhifə201/809
tarix03.01.2022
ölçüsü2,68 Mb.
#51078
1   ...   197   198   199   200   201   202   203   204   ...   809
FİLMİN YOXLAMA NÜSXƏSİ (test copy) – Film nüsxələrinin kütləvi çapı üçün kinostudiyada neqativdən hazırlanan etalon. Filmin yoxlama nüsxəsini, bir qayda olaraq, nümunə kimi, kinooperator və səs operatoru təsdiq edir.

FİLM KANALI (film channel) – Kinolentin kadr, yaxud ekspozisiya pəncərəsinə nisbətən vəziyyətin fiksələnməsini təmin edən lentuzadan mexanizmin qovşağı. Bütün film kanalları novçadan (kadr pəncərəli) ibarətdir. Lent qırıq-qırıq həmin novçadan keçir.

FİLMLƏRİN ÇOXAPARATLI ÜSUL İLƏ ÇƏKİLİŞLƏRİ (multicamera shooting/shot) – Əsasən TV filmlərinin və teatr tamaşalarının istehsalında tətbiq olunan üsul. Bu çəkilişlərdə tərkibində təsvirə TV nəzarət qurğusu olan bir neçə kinoçəkiliş aparatının TV nəzarət ekranları rejissor pultunda qurulur, kinoçəkiliş aparatları pavilyonda dekorasiyanın daxilində müxtəlif nöqtələrdən müxtəlif miqyaslı təsvirlərin çəkilişlərini aparmaq üçün yerləşdirilir.

Rejissor öz pultunun arxasında əyləşib məşqlərdə əvvəlcədən təsdiq olunmuş ardıcıllıqla, çəkilişi dayandırmadan, istənilən aparatı işə salmaqla səhnələrin ümumi, orta və iri planlarının çəkilişini aparır. Təcrübə göstərir ki, çoxaparatlı çəkiliş üsulunun bacarıqla tətbiq edilməsi çəkiliş qrupunun gündəlik əmək məhsuldarlığını bir neçə dəfə artırmaq imkanı yaradır.




Yüklə 2,68 Mb.

Dostları ilə paylaş:
1   ...   197   198   199   200   201   202   203   204   ...   809




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin