FİLMOQRAFİYA (filmography) – Arayış xarakterli işlərdə filmlərin siyahıya alınması üsullarını və prinsiplərini öyrənən elm sahəsi. Annotasiya olunan, tematik, xronoloji F. növləri mövcuddur. F.-lar sorğu-məlumat kitabçaları şəklində tərtib olunur.
FİLMOLOGİYA (filmology) – Müxtəlif humanitar və təbiət elmləri (ilk növbədə, fiziologiya və qavrayış psixologiyası, eləcə də sosiologiyanın) metodikalarının cəmlənməsi nəticəsində formalaşmış elm sahəsi. F. müxtəlif fəlsəfi və estetik mövqedə olan dünya alimlərini birləşdirir.