GECƏ SƏHNƏLƏRİNİN GÜNDÜZ ÇƏKİLİŞİ (night scene daytime shooting) – Gündüz çağı «gecə»nin çəkilişi. Bu növ çəkiliş qara-ağ lentlə işləyərkən iki əsas şərtin yerinə yetirilməsini tələb edir: qırmızı işıq filtrindən istifadəni və obyektivi lazımi qədər açıq saxlamamağı.
GENİŞBUCAQLI OBYEKTİV (wide aperture lens) – Fokus məsafəsi istifadə edilən təsvir sahəsinin diametrindən xeyli kiçik olan obyektiv. Obyektivlərin uzun fokuslu, normal və genişbucaqlı növlərə bölünməsi tamamilə şərtidir və ciddi qəbul edilməməlidir.