GƏZƏYƏN MASKA (migratory mask) – Kinoda quraşdırma səhnələrin çəkilişinin mürəkkəb qaydalarından biri. Bu zaman aktyorun, yaxud hər hansı hərəkət edən obyektin qeyri-şəffaf silueti xüsusi maska lentində aktyor epizodunun neqativi ilə eyni zamanda çəkilir. İkinci ekspozisiya zamanı birinci ekspozisiya vaxtı çəkilmiş aktyorların təsvirində G.m.-nın müdafi hərəkəti sayəsində fonun əlaməti qalmır. G.m. ilə çoxlu sayda çəkiliş qaydaları mövcuddur.
GİRİŞ RAKORDU (leader tape) – İstifadə üçün yararlı olmayan, kasetin əvvəlində videolenti qoruyan qalın, şəffaf lent.