GÖRÜNTÜ YADDAŞI (camera memory/camera eye) – Bax: E ş i t m ə y a d d a ş ı.
GÖY KARANDAŞ, GÖY QƏLƏM (blue pencil, blue penciling) – Çap, yaxud yayım proqramları üçün nəzərdə tutulan mətnlərin dəyişdirilməsinin, çıxarılmasının, ixtisarının rəmzi işarəsi. Demokratik mətbuatda redaktorların, yaxud prodüserlərin mətnə müdaxiləsinə yalnız onu yaxşılaşdırmaq məqsədi ilə yol verilir, amma həmin düzəlişlər senzor özbaşınalığına çevrilməməlidir.
GÖZÜN ADAPTASİYASI (eye adaptation)– Görmə qabiliyyətinin müxtəlif parlaqlıqlı əşyaları müşahidə etməyə uyğunlaşması. İnsan gözü müxtəlif işıqlanma şəraitində «işləməli» və bir-birindən parlaqlığına görə kəskin fərqlənən əşyaları ayırd etməli olur.
GÜCLƏNDİRİCİ (booster) – TV siqnallarını gücləndirərək təsvirin və səsin daha keyfiyyətli alınmasını təmin edən qurğu.