Азярбайъан Енсиклопедийасы



Yüklə 2,68 Mb.
səhifə231/809
tarix03.01.2022
ölçüsü2,68 Mb.
#51078
1   ...   227   228   229   230   231   232   233   234   ...   809
HƏRƏKƏT (development) – 1) Ekranda, səhnədə hadisələrin və şəraitin vizual inkişafı; personajların öz aralarında və ətraf şəraitlə qarşılıqlı münasibəti; 2) Gerçəkliyin verilişdə doğru, düzgün inikası; həqiqilik xarakteristikası şeylərin özünə və onları dillə ifadə etməyin vasitələrinə deyil, məhz fikirlərə aiddir.

HƏRƏKƏTLƏ BÖYÜTMƏ (dollying in) – Telekameranın təsviri böyütməsi; hər hansı predmetin xırda, yaxud orta plandan iri plana gətirilməsi.

HƏRƏKƏTLİ ÇƏKİLİŞ (dollying) – Eyni çəkiliş daxilində (zamanında) kameranın müxtəlif yerdəyişmələri.

HƏVƏSKAR (amateur) – Hər hansı sənət sahəsində peşəkar olmayan, könlü istəyəndən-istəyənə yaradıcılıqla məşğul olan şəxs. Məs., həvəskar operator, həvəskar bəstəkar, kino həvəskarı və s.

HİBRİD MONTAJ (hybrid editing) – Müxtəlif formatlara malik videomaqnitafonların bir-birinə calanması yolu ilə yaradılmış montaj komplekti. Məs., VHS və BETACAM tipli maqnitofonların bir pulta qoşularaq materialın (səs və təsvirin) birindən digərinə yazılmasını təmin edən (köçürülməsi, montajı) sistem H.m.-a nümunə ola bilər. H.m. istehsalat ehtiyaclarını ödəmək üçün yaradılır.


Yüklə 2,68 Mb.

Dostları ilə paylaş:
1   ...   227   228   229   230   231   232   233   234   ...   809




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin