XATIRLATMA ANONSLARI (back announcement) – Uzun çəkən proqramların gedişində radionu yenicə açmış dinləyicilər üçün verilişdə olmuş və olacaqları xatırladan anons.
XƏBƏR (news) – Ölkədə və dünyada baş verən, ilk növbədə, ən mühüm hadisələr haqqında yeni məlumat, yenilik; yeni olan, ictimai əhəmiyyət kəsb edən fakt və hadisə, yeniliyin cazibə və mahiyyətini ifadə etmək, aktual hadisə barədə mətbuat, TV və radioda verilən operativ məlumat. İngiliscə "news" sözü müxtəlif rabitə informasiya kanalları ilə xəbərlərin toplanması, işlənməsi və yayılması ilə məşğul olan jurnalistlərin peşə əlamətini bildirən əksər terminlərin məntiqi əsasıdır. Bu söz xəbərlərin müxtəlif tiplərini səciyyələndirən terminoloji ifadələrdə də hakimdir – son xəbərlər, xarici ölkələrdən xəbərlər; təcili xəbərlər və s. xəbərlər anlayışı ilə bağlı terminlər dairəsi informasiyanın texniki vasitələri inkişaf etdikcə və bütövlükdə dünyanın müasir ictimai həyatında informasiya mühitinin rolu artdıqca daha da genişlənir.