XƏBƏR BİZNES KİMİ (news as a business) – ABŞ-da və KİV-lərin bazar münasibətlərinə tabe olduğu, xəbərlərin sərfəli məhsula çevrildiyi ölkələrdə geniş yayılmış konsepsiya. Bu cür xəbərlərin gəlirli olması onların sensasiyalığı və təzəliyi ilə şərtlənir.
XƏBƏRLƏR XİDMƏTİ (news service)– Xəbər toplanması və onların kütləvi mətbuat orqanlarında yayılması ilə məşğul olan struktur. Xarakterlərinə görə bu cür xidmətlər xəbər agentliklərinə bənzəyirlər. Lakin miqyaslarına görə onlar öz informasiyaları ilə ayrı-ayrı rayonları, nəşriyyat, yaxud yayım sistemlərini təchiz etməklə bir qədər məhdud fəaliyyət göstərirlər.