İKİNCİ İŞIQ MƏNBƏYİ (auxiliary illumination) – İşıqlanmadan asılı olmayaraq işıq şüalandıran birinci mənbədən fərqli olaraq inikas edən, yaxud ondan keçən işıqla işıqlanan istənilən işıqlı cismin şərti adı. İşıqsalanlar, işıq əksetdiricilər İ.i.m.-nə nümunə ola bilər.
İKİ PROYEKSİYA SİSTEMİ (double projection) – Biri səs, digəri isə təsviri materialların verilməsi və onların birləşdirilməsi üçün iki proyektordan istifadə sistemi.
İKİSƏMTLİ MİKROFONLAR (double sided microphones) – Yan tərəfdən deyil, yalnız öndən və arxadan gələn səslərə həssas olan mikrofonlar. Bax: M i k r o f o n u n y ö n ə l m ə d i a q r a m ı.
İKİTƏRƏFLİ RABİTƏ XƏTTİ (two-way)– Birtərəfli formadan fərqli olaraq informasiyanın alınması (şəbəkə radiosu və TV-si ilə) telefon qovşaqları, KTV, İnternet və digər İSM ilə qarşılıqlı fəal ünsiyyət imkanını nəzərdə tutur.
İKONA (icon/sacred image) – Xristian dinində Allahın, yaxud övliyaların təsvirləri olan şəkil.