İNDİKATOR (indicator) – Prosesin gedişini və ya müşahidə obyektinin halını, onun keyfiyyət və kəmiyyət göstəricilərini əks etdirən cihaz, qurğu, element.
İNDUKSİYA (induction) – Xüsusi mülahizələrdən ümumi nəticə çıxarmaq üsulu; əqlinəticə və tədqiqat metodlarından biri.
İNFODEYT (infodata)– TV ekranlarında mətnin tam (bütöv) səhifədə göstərilməsi (canlandırılması) sistemi.
İNFORMASİYA (information) – Kütləvi kommunikasiyanın vasitələri ilə yayılan məlumat, xəbər; daxili və beynəlxalq həyatın aktual yenilikləri haqqında məlumatlar məcmusu. Publisistikanın janrları olan xəbərlər, reportajlar, hesabatlar, müsahibələr, icmallar İ.-nın əsas operativ formalarıdır.
İNFORMASİYA DOLĞUNLUĞU (information pithiness) – Obyektivliyin vacib şərti, təqdim olunan faktların və irəli sürülən mühakimələrin dolğunluğu. Hər hansı fakta münasibətdə tərəflərin mövqelərinin düzgün əks edirilməsi. İ.d. jurnalistikanın mühüm prinsiplərindən biri sayılır.