Азярбайъан Енсиклопедийасы


İNFORMASİYA XİDMƏTİ (information service)



Yüklə 2,68 Mb.
səhifə259/809
tarix03.01.2022
ölçüsü2,68 Mb.
#51078
1   ...   255   256   257   258   259   260   261   262   ...   809
İNFORMASİYA XİDMƏTİ (information service) – Hər hansı təşkilatda ictimaiyyətlə əlaqə, həmin qurumun fəaliyyəti barədə xəbər yaymaq məqsədi ilə fəaliyyət göstərən struktur.

İNFORMASİYALI CƏMİYYƏT (information society) – 1970-1980-ci illərdə kompüterin kommunikasiya sahəsinə təsirinin gücləndiyi dövrdə böyük mübahisələrə səbəb olan futuroloji doktrina. Gələcək informasiya cəmiyyətinin cizgilərini daha ətraflı Amerika kulturoloqu Olvin Toffler proqnozlaşdırıb. Onun nəzəriyyəsinə görə, dünya sivilizasiyanın yeni, üçüncü mərhələsinə qədəm qoyur. Bu mərhələdə dünyanın taleyində informasiyanın kütləviləşdirilmiş rabitə vasitələri həlledici rol oynayacaq, iqtisadiyyat və mədəniyyətdən tutmuş düşüncə tərzinədək həyatın bütün sahələrini əhəmiyyətli dərəcədə dəyişəcək. O, məhsul əvəzinə yaradıcı qüvvələrin və axtarışların həvəsləndiricisi kimi mənimsəniləcək. Belə ki, kompüterlə daimi ünsiyyət adamları kütləvi qaydalardan, standartlardan və ehkamlardan asılı olmayaraq fərdi, çoxvariantlı qərarların seçilməsində, informasiyanın qlobal ənginliklərində düzgün istiqamətlənməyə öyrədir. Sivilizasiyanın yeni, «üçüncü dalğa» dövründə «hər şey üçün və heç vaxt tükənməyən ən əsas xammal təxəyyülün də daxil olduğu informasiya sayılacaq». Buna görə də informasiya sayəsində əvvəllər olduğundan daha böyük əhəmiyyət kəsb edən yeni sivilizasiya təhsili yenidən qurmağa başlayacaq, elmi tədqiqatların sərhədlərini müəyyənləşdirəcək və elə kommunikasiya vasitələrinin özünü də yeniləşdirəcək.


Yüklə 2,68 Mb.

Dostları ilə paylaş:
1   ...   255   256   257   258   259   260   261   262   ...   809




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin