İNFORMASİYA PROQRAMLARININ SIRALANMASI (agenda setting) – İnformasiyanın obyektivliyini və ardıcıllığını təmin etmək məqsədi ilə müxtəlif məlumat mənbələrindən və həyatın müxtəlif sahələrindən alınmış materialların proqrama salınması və müəyyənləşdirilmiş saatlarda onların efirə verilməsi. Hərçənd ki, bu proses nə xəbərlərin süzgəcdən keçirilməsini, nə də təkrar olunan süjetlərin və «xəbər dəyərlərinin» (news values) saxlanmasını istisna edir. Çünki bunların köməyi ilə cəmiyyətdə sosial qayda və sabitlik qorunur.