İNFORMASİYA SƏNAYESİ (information industry) – Kütləvi mətbuatın və kütləvi mədəniyyətin kommersiyalaşdırılmasının, eləcə də onların ən yeni texnika əsasında qəzetlərdən, jurnallardan, kitablardan tutmuş filmlərə və kompüter oyunlarınadək müxtəlif tipli informasiya məhsullarının genişmiqyaslı istehsalını yaradan biznesin maraqlarına tabe edilməsi tendensiyasının ümumiləşdirilmiş adı.
İNFORMASİYA SİSTEMİ (information system) – Müxtəlif xarakterli məlumatların sorğuya görə toplanması, saxlanması, yeniləşdirilməsi, axtarışı və verilişi üçün sistem. Avtomatlaşdırılmış İ.s.-ləri, əsasən, sənədli (sənədlərin axtarışı üçün) və faktoqrafik (iqtisadi və statistik informasiyaların işlənməsi üçün) olur.