İNSAYDER (insider) – Xarici ölkələrdə nüfuzlu strukturlara daxil olan və qapalı informasiyaya əli çatan, ondan bəhrələnən jurnalist.
İNSTİNKT (instinct) – Qeyri-şüuri, qeyri-iradi, qarşısıalınmaz həvəs, hiss, duyğu; psixi fəaliyyətin forması, davranış. İ. geniş mənada şüura qarşı qoyulur.
İNSTRUMENT (instrument) – 1) İş görmək üçün vasitə; 2) Müəyyən tembrli musiqi səsləri çıxarmaq üçün xüsusi alət.
İNTELLEKT (intellect) – Ağıl, dərrakə, şüur; insanın əqli qabiliyyəti; cisim və hadisələr arasındakı əlaqə və münasibətləri dərk edərək insanın öz davranışını dəyişdirmək qabiliyyəti. İ. fəal və mürəkkəb idrak əməliyyatı sistemi olub, yalnız həll edilən məsələlərin mürəkkəbliyi ilə deyil, insan fəaliyyətinin istiqaməti, təhrik və motivlərin xarakteri ilə müəyyən olunur.