AMPLİTUD– MODULYASİYA YAYIMI (amplitude-modulation broadcasting – AMB) – AM-ə əsaslanan yayım. A.m.y. daha çox maneəyə davamlılığına və xeyli sayda səs çalarları verilməsinin daha yaxşı imkanlarına malik olan tezlik modulyasiyalı (UQD) radiostansiyalarla rəqabət aparır.
AMPLUA (role part) – Müasir teatr, kino və TV-də aktyorun öz səhnə göstəricilərinə, qabiliyyət və istedadının diapazonuna görə ixtisaslaşması. Aktyorların A.-ya görə bölgüsü şərti xarakter daşıyır.