İNTUİSİYA, b ə d i i i n t u i s i y a (intuition/instinct) – Geniş mühakimə yürütmədən dərketmə, sezmə, ürəyə damma. İ. bədii-idrak prosesinin sənətkarın əvvəlki fəaliyyəti ilə hazırlanan momentidir, o əldə edilmiş təcrübə, vərdiş və biliklərin nəticəsi olub, idrak prosesində tabe rol oynayır. İ.-ya əsaslanmış hər cür idrak obyektiv həqiqətə uyğun gəlib gerçək əhəmiyyət kəsb etmək üçün məntiqi surətdə isbat edilməli, təcrübədə yoxlamadan keçməlidir. İ. sənətkarın assosiativ təsəvvürlərinin elə xüsusi bir növüdür ki, burada assosiasiyaların bütün aralıq sahələri ağlın (düşüncənin) nəzarətindən kənarda qalır, şüur tərəfindən nəzarət edilən əsl fəaliyyətin nəticəsi isə "tapıntı", "şüurun nurlanması" və s. kimi qiymətləndirilir.
İNVAR (invar) – Dəmir-nikel ərintisi. Bu ərinti əvvəllər işlədilən dəmirə nisbətən daha az temperatur genişlənməsi əmsalına malik olduğuna görə kineskopların kölgə maskalarının hazırlanması üçün tətbiq edilir. Bu üsul kölgə maskalarının deformasiyasını azaldır, rəngli təsvirin keyfiyyətini və sabitliyini artırır.