Азярбайъан Енсиклопедийасы


İSTİQAMƏTLƏNMİŞ İŞIQ (directional lighting)



Yüklə 2,68 Mb.
səhifə279/809
tarix03.01.2022
ölçüsü2,68 Mb.
#51078
1   ...   275   276   277   278   279   280   281   282   ...   809
İSTİQAMƏTLƏNMİŞ İŞIQ (directional lighting) – Bax: Y ö n ə l d i l m i ş i ş ı q.

İSTİLİK FİLTRİ, İSTİLİK SAXLAYAN BLENDA (heat veriable resistor) – Film kanalının qızmasını məhdudlaşdıran qurğu; güclü işıq mənbəyi olan kinoproyeksiya aparatlarında, yaxud tək kadrın proyeksiyasının istifadəsində tətbiq edilir.

İŞARƏ (sign) – İnformasiyanın obyektiv məzmununun sabitliyinə deyil, məlumatı göndərənlərin və alanların mətnə verdikləri mənaların nisbiliyinə, dəyişkənliyinə və plüralizminə daha çox əhəmiyyət verən TV, radio, kinonun semiotik vasitələrinin məcmusu. İ. anlayışı altında, mətnlərin yaradıcıları ilə onların resipiyentləri arasında kommunikativ əlaqə və qarşılıqlı dialoq fəaliyyətinin fasiləsiz generativ prosesində məna plüralizmi təzahürünün məqamlarından biri kimi nəzərdə tutula bilər. Semiotiklərin fikrincə, İ.-lər gerçəkliyi tam əks etdirmir, yalnız işarələrarası münasibətlər sisteminə tabe olaraq onların mahiyyətini şərti olaraq ifadə edirlər. Buna görə də onları gerçəklik aləminə pəncərələrlə deyil, dünya xəritələri ilə müqayisə edərək, üç əsas işarə tipini fərqləndirirlər: 1) İkonik (icon) – göstərilən obyektin bənzərini (fotoqrafiya) qismən nəzərdə tutan işarələr; 2) İndeks (index) – işarə ilə obyekt arasında birbaşa əlaqə (tüstü – alov göstəricisi); 3) Simvol (symbol) – həm əlaqənin, həm də bənzəyişin yoxluğu (söz – rəmzdir).


Yüklə 2,68 Mb.

Dostları ilə paylaş:
1   ...   275   276   277   278   279   280   281   282   ...   809




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin