İŞIQLANAN EKRAN (real screen) – Videoproyektorla tamaşaçı arasında yerləşən ekran. Təsviri əks etdirən qurğularda işıqlanan ekranla tamaşaçı arasında əhatəli təsvirin formalaşmasını təmin edən parallaktik maska qurula bilər.
İŞIQLANDIRMA (light emission/illumination) – Əşyaların gözlə görünməsini təmin edən və ya onların işığahəssas maddə, yaxud quruluşlarla qeydə alınmasına imkan verən işıqlanma dərəcəsinin yaradılması. Xarici aləm haqqında informasiyanın çoxu görmə yolu ilə mənimsənildiyi üçün İ.-nın əhəmiyyəti böyükdür.