Азярбайъан Енсиклопедийасы



Yüklə 2,68 Mb.
səhifə292/809
tarix03.01.2022
ölçüsü2,68 Mb.
#51078
1   ...   288   289   290   291   292   293   294   295   ...   809
İZAH (explanation) – Açıqlama. İnsan idrakının öyrənilən obyektin mahiyyətinin aşkara çıxarılmasından ibarət çox mühüm funksiyası (və müvafiq surətdə elmi tədqiqatın bu funksiyanın yerinə yetirildiyi mərhələsi). Tədqiqatçının real praktikasında İ. bunun göstərilməsi ilə həyata keçirilir ki, İ. olunan obyekt müəyyən qanuna (qanunlara) tabedir. İ. atributiv, substansional, genetik (xüsusilə səbəb), kontragenetik (xüsusilə funksional), struktur və s. ola bilər.

İZLƏMƏ (tracking) – 1) Bir elektronik şəbəkənin elektrik parametrləri ilə başqa bir şəbəkənin eyni və ya fərqli parametrləri arasında əlaqənin izlənməsi; 2) Yüksək elektrik sahəsinə tətbiq olunan bir dielektrikin və ya izolyator səthində arzuolunmayan ötürücü yolların meydana gəlməsi və səthin karbonlaşması; 3) İynənin valdakı yivləri nizamlı şəkildə izləməsi.

İZLƏMƏ-NƏZARƏT DÜYMƏSİ (tracking control) – Cihazın oxuma anında başlığın lentdəki yazının üzərindən keçməsini təmin edən nizamlayıcı. Bu prosesdə çıxış rəngi (və təsvirin tamlığı) monitorda baxılaraq Incking nizamlayıcı düyməsi ilə sağa-sola çevrilərək təsviri ən düzgün və dəqiq şəklə salır.


Yüklə 2,68 Mb.

Dostları ilə paylaş:
1   ...   288   289   290   291   292   293   294   295   ...   809




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin