KASETİN KORPUSU (cassette cover) – Korpusun hazırlanmasına sərf olunan plastmas antistatik xüsusiyyətə malik olmalıdır, əks təqdirdə kasetlər işləndikdə korpusda elektrostatik qüvvə yarana bilər.
KASETLİ KİNO (cassette TV) – Kinofilmlərin adi televizor ekranında nümayiş etdirilməsi üçün əlavə olaraq televizora qoşulan və içərisinə kinofilm yazılmış kaset (videokaset), yaxud disk qoymaqla işləyən müxtəlif sistemlər.
KASKADYOR (cascader)– 1) Silsilələrə əsaslanan sirk nömrəsi ifaçısı, hoqqası; 2) Film çəkilişində texniki cəhətdən çətin və təhlükəli yerlərdə (qatarın damında qaçış, yüksəklikdən tullanış, çaparaq ata qalxıb-düşmə və s.) kinoaktyorun xüsusi hazırlıq tələb edən mürəkkəb hərəkətləri yerinə yetirən əvəzedicisi.
KASSA FİLMİ – "BLOKBASTER" (block-buster film) – Kütlənin geniş marağına səbəb olan mövzusu, təmtəraqlı quruluşu və gurultulu reklamı ilə fərqlənən kinofilm.