Азярбайъан Енсиклопедийасы



Yüklə 2,68 Mb.
səhifə323/809
tarix03.01.2022
ölçüsü2,68 Mb.
#51078
1   ...   319   320   321   322   323   324   325   326   ...   809
KİNESİKA (kinesics) – Kommunikativistikada xüsusi informativ-emosional diskurslar və incəsənətdə (rəqslərdə, dramda, kinoda) əlavə ifadə vasitələri kimi öyrənilən jestlərin, pozaların, bədən hərəkətlərinin dili.

KİNESKOP (kinescope/picture tube) Televizor qəbuledicisi, televizor şüa borusu; TV elektrik siqnallarını görünən təsvirə çevirən qəbuledici TV borusu. Böyük ekranda TV təsviri proyeksiyalayıcı və işıqlandırma parlaqlığı yüksək olan K.-la əldə edilir. K.-un qara-ağ və rəngli təsvirlər, bilavasitə ekrandakı təsvirləri müşahidə (birbaşa görmə kineskopları) və təsvirlərin böyük ekranda göstərilməsi (göstərmə kineskopları) üçün növləri var. Göstərmə K.-ları olan qurğularda katod – lüminessent, yaxud lazer K.-larının ekranında alınan TV təsvirlərinin optik böyüdülməsi baş verir.

KİNO (cinema) – 1) Kinoincəsənətin, kinematoqrafiyanın və ya kinoteatrın ixtisar olunmuş şəkildə geniş yayılmış adıdır; 2) Kinematoqrafiya ilə bağlı sözlərin tərkib hissəsi. Məs., kinofilm, kinozal və s.


Yüklə 2,68 Mb.

Dostları ilə paylaş:
1   ...   319   320   321   322   323   324   325   326   ...   809




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin