KOMBİNƏ EDİLMİŞ MANEƏLƏR (combined interferences/alias) – Kiçik modulyasiyalarda təsvir siqnalının qapanması nəticəsində kənar naxışlar şəklində yaranan xarakterik maneələr. TV siqnallarının videoyazısı və canlandırılması zamanı K.e.m. rəng gətirən siqnalların yüksəktezlikli hissəsində xüsusilə böyük olur.
KOMİK (comic) – 1) Komik (məzhəkəli) rolları ifa edən aktyor; 2) Öz sözləri və ya hərəkəti ilə gülməli vəziyyət yaradan adam.
KOMİKLİK (the comic) – Estetikanın kateqoriyası; mövcud sosial hadisənin, insanların fəaliyyət və davranışının, onların əxlaq və adətlərinin şeylərin obyektiv gedişinə və mütərəqqi ictimai qüvvələrin estetik idealına tarixən şərtlənmiş (tam və ya qismən) uyğunsuzluğunu istehza formasında ifadə edir. K. özünün mənşəyi, mahiyyəti və estetik funksiyasına görə sosial xarakter daşıyır.
KOMİTƏ (committee) – İctimai mahiyyət kəsb edən işlər üzrə hər hansı bir sahəyə (ictimai və ya dövlət işləri sahəsinə) rəhbərlik edən kollegial orqan.